İQTİSADİYYAT


® “Azercell”dən 100 000 AZN-ə qədər hədiyyə qazanmaq imkanı

“Azercell Telekom” MMC 2019-cu ildə də abunəçiləri üçün sərfəli kampaniyalar təqdim etməyə davam edir. “Azercell” bu dəfə “ABC Content” MMC ilə birgə reallaşdırdığı yeni “Azercell”dən Hədiyyəli Balans” adlı stimullaşdırıcı tirajlı lotereya ilə “Sim-Sim” abunəçilərini sevindirir. Kampaniya 24 yanvar - 29 dekabr 2019-cu il tarixləri ərzində keçiriləcək. “Azercell” abunəçiləri müxtəlif ödəmə üsulları ilə (“Simkredit” və “Paycell” istisna olmaqla) balanslarını ən azı 1 AZN məbləğində artırıb, 5353 qısa nömrəsinə boş SMS göndərməklə (SMS ödənişsizdir) lotereya iştirakçısı ola bilərlər. 

Qeyd olunan müddət stimullaşdırıcı tirajlı lotereyaya qoşulan “Sim-Sim” abunəçiləri “Azercell”dən xallar və hədiyyələr qazanma imkanı əldə edəcəklər:

- Hər gün 1000 AZN

- Hər ay 10,000 AZN

- 100 000 AZN-ə qədər super hədiyyə

Hər bir iştirakçı www.hediyyelibalans.az internet səhifəsinə daxil olmaqla lotereyanın iştirak şərtləri, tirajların keçirilmə qrafiki və qaliblər barədə məlumatlarla tanış ola bilər. Qeyd edək ki, lotereyada yalnız 18 yaşına çatmış abunəçilər iştirak edə bilər.

Kampaniyaya qoşulun və “Azercell”dən 100 000 AZN-ə qədər hədiyyə qazanmaq imkanı əldə edin.

Əlavə məlumat üçün https://www.azercell.com/az/personal/campaigns/monthly/hediyyelibalans/ səhifəsinə daxil olun. Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. Azərbaycanın mobil rabitə sektorunda 48 faiz bazar payına malik olan “Azercell”in şəbəkəsi ölkə ərazisinin 80 faizini (işğal altında olan 20 faiz ərazi istisna olmaqla), əhalinin isə 99,8 faizini əhatə edir. Hazırda 4,5 milyon abunəçi “Azercell”in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz “Azercell” gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən “Azercell Ekspres” ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və sair. 2012-ci ildə “Azercell” ölkədə ilk dəfə 4G xidmətini təqdim edib. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, “Azercell” şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirib. “Azercell” ölkədə və MDB məkanında beynəlxalq “Investors In People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.