İQTİSADİYYAT
® “Azercell”dən “Black Friday” günündə möhtəşəm endirimlər!
Çılğın alış-veriş həvəskarlarının səbirsizliklə gözlədiyi “Black Friday” endirimlərindən “Azercell” abunəçiləri də yararlana biləcəklər. Belə ki, noyabrın 23-də “Azercell”in Eksklüziv Mağazaları və Diler Şəbəkəsi hər kəsə 70 faizə qədər inanılmaz endirim kampaniyası təklif edir. Müxtəlif xidmətlərə, cihazlar və aksesuarlara tətbiq edilmiş endirimləri yalnız “Azercell” sizə vəd edir. “Azercell”in “Black Friday” endirimləri ilə bağlı ətraflı məlumatı “www.azercell.com” ünvanına və ya şirkətin rəsmi “Instagram” və “Facebook” ünvanlarına daxil olmaqla əldə etmək mümkündür.
“Azercell”in Eksklüziv Mağazaları və Diler Şəbəkələrinə gəlin, ilin ən sərfəli alış-veriş fürsətindən yararlanın!
Daha ətraflı məlumat üçün “[email protected]” ünvanına müraciət etmək olar.
Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. Azərbaycanın mobil rabitə sektorunda 48 faiz bazar payına malik olan “Azercell”in şəbəkəsi ölkə ərazisinin 80 faizini (işğal altında olan 20 faiz ərazi istisna olmaqla), əhalinin isə 99,8 faizini əhatə edir. Hazırda 4,5 milyon abunəçi “Azercell”in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz “Azercell” gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən “Azercell Ekspres” ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və sair. 2012-ci ildə “Azercell” ölkədə ilk dəfə 4G xidmətini təqdim edib. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, “Azercell” şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirib. “Azercell” ölkədə və MDB məkanında beynəlxalq “Ivestors In People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.