İQTİSADİYYAT


® “Azercell”dən #Hədiyyə

“Azercell”in yenilənmiş rəqəmsal məhsullar portfelindən ödənişsiz istifadə imkanı!

Müasir texnologiyalar və effektiv həllər vasitəsilə insan həyatını asanlaşdırmağı hədəfləyən “Azercell” fəaliyyətində yeni bir dövrə qədəm qoyub. Belə ki, iyunun 21-də şirkət yeni brend kimliyini ictimaiyyətə açıqlayıb. Yeni rəqəmsallaşma strategiyası çərçivəsində “Azercell” məhsullar portfelini daha da zənginləşdirərək abunəçilərə “Zvuk”, “Bookmate”, “TelekomTV“, “BuludCinema” və “IVI” xidmətləri üzrə ödənişsiz premium istifadə imkanı təqdim edir.

“Zvuk” xidməti ilə smartfonunuzda istənilən musiqi parçasını dinləmək və öz playlist-inizə əlavə etmək çox asandır. 21 iyun–30 iyul tarixləri ərzində “7707” qısa nömrəsinə “Bonus” sözünü göndərməklə abunəçilər “Zvuk” xidmətindən 30 gün müddətində ödənişsiz istifadə edə bilərlər.

850 mindən çox kitabla “Bookmate” xidməti sizin sevimli virtual kitabxananıza çevriləcək. Xidmətdən 30 gün ərzində ödənişsiz istifadə imkanından faydalanmaq üçün 21 iyun-30 iyul tarixləri ərzində “7171” nömrəsinə “Bonus” sözünü göndərmək lazımdır.

“Azercell” dünya və yerli kanalları mobil telefonunuza daşıyan “TelekomTV” xidmətindən də ödənişsiz premium istifadə fürsəti təqdim edir. Yararlanmaq üçün 21 iyun-30 iyul tarixləri aralığında “4040” nömrəsinə “Bonus” sözünü göndərmək kifayətdir.

HD formatda təqdim olunan filmləri asanlıqla izləyə biləcəyiniz “BuludCinema” xidmətindən 30 günlük ödənişsiz premium istifadə imkanını əldə etmək üçün 21 iyun-30 iyul tarixləri ərzində “4044” qısa nömrəsinə “Bonus” açar sözü göndərilməlidir.

“Azercell” məkanından asılı olmayaraq, ən sevilən film və serialları izləyə biləcəyiniz “IVI” xidməti çərçivəsində 10 günlük ödənişsiz premium istifadə imkanı hədiyyə edir. 21 iyun–30 iyun tarixləri ərzində “3333” nömrəsinə “Bonus” sözünü göndərməklə bu fürsətdən yararlanmaq mümkündür.

Qeyd edilən xidmətlərə ödənişsiz premium istifadə imkanı yalnız ilk qoşulma zamanı təqdim olunur. Ödənişsiz istifadə üçün ayrılan müddət başa çatdıqda, xidmətə abunəlik dayandırılır və əlavə haqq tutulmur.

“Zvuk”, “Bookmate”, “BuludCinema” və “IVI” xidmətinin tətbiqləri “iOS” və “Android” əməliyyat sistemlərini, “TelekomTV” tətbiqi isə yalnız “Android” əməliyyat sistemini dəstəkləyir. Tətbiqləri müvafiq olaraq, “Apple store” və ya “Google Play” vasitəsilə yükləmək mümkündür.

“Azercell”in yenilənmiş rəqəmsal məhsullar portfelindən ödənişsiz istifadə fürsətini qaçırmayın!

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.