İQTİSADİYYAT


® ”Azercell”dən Novruz hədiyyəsi!

Ölkənin mobil kommunikasiya sektorunun lideri olan “Azercell Telecom” MMC abunəçilərini Novruz bayramı ərəfəsində sevindirməyə davam edir. “Azercell” müştərilərinə bayram əhval-ruhiyyəsi bəxş etmək üçün musiqisevərlərə xüsusi kampaniya təqdim edir. Belə ki, “Azercell” martın 15-dən aprelin 15-nə kimi hər 1GB, 5GB, 10GB, 50 GB (Limitsiz internet) həcmində aylıq mobil internet paketi sifariş edən və ya GəncOl5, GəncOl8, Hədsiz, Hədsiz İnternet tarif paketlərindən birini aktiv edən abunəçilərinə “ZVUK”dan (onlayn musiqi tətbiqi) 30 günlük pulsuz abunəlik hədiyyə təqdim edəcək.

40 milyondan artıq musiqi parçasını smartfona daşıyan “Zvuk” xidməti, istənilən musiqini dinləmək və yeni musiqi parçaları əlavə edərək abunəçilərə öz play listlərini yaratmaq imkanı verir. Kampaniya çərçivəsində xidmətdən istifadə etmək üçün, “Zvuk” mobil tətbiqini Google Play (Android) və ya App Store (iPhone) platformalarından yükləmək kifayətdir.

“Azercell Telecom” MMC Novruz bayramı münasibətilə bütün Azərbaycan xalqını təbrik edir! Bu bahar “Azercell”lə daha yaxşı yaşayın!

Əlavə məlumat üçün:

https://www.azercell.com/az/personal/campaigns/campaigns_internet/zvukhediyye/

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergiödəyicisi, sərmayəçisi “Azercell Telecom” MMC 1996-cı ildə təsis edilib. Azərbaycanın mobil rabitə sektorunda 49 faiz bazar payına malik olan “Azercell”in şəbəkəsi ölkə ərazisinin 99,1 faizini (işğal altında olan ərazilər istisna olmaqla), əhalinin isə 99,8 faizini əhatə edir. Hazırda 4,5 milyon abunəçi “Azercell”in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz “Azercell” gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən “Azercell Ekspres” ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və sair. 2012-ci ildə “Azercell” ölkədə ilk dəfə 4G xidmətini təqdim edib. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, “Azercell” şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirib. “Azercell” ölkədə və MDB məkanında beynəlxalq “Investors In People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.