İQTİSADİYYAT


® “Azercell”dən gözəl nömrələrə xüsusi kampaniya

Ölkənin telekom bazarında ən sərfəli təkliflər ilə seçilməyi hədəfləyən “Azercell Telekom” MMC internet və danışıq xidmətlərində yeni imkanlar yaratmağa davam edir. Şirkət oktyabrın 10-dan başlayaraq “Özəl tarifli gözəl nömrələr” kampaniyasını təqdim edir. “Azercell” rəqəmsal dünyanın bir çox imkanlarını özündə birləşdirən “GəncOL6”, “Sərbəst10”, “Sərbəst15” tarif paketlərinin birinə qoşulmaqla, fakturasız xətt sisteminə aid gözəl nömrəni ən əlverişli şərtlər ilə əldə etmək üçün əvəzolunmaz fürsət yaradır. Şirkət müştərilərin seçdiyi gözəl nömrədən asılı olaraq, “GəncOL6”, “Sərbəst10” və ya “Sərbəst 15” tarif paketlərindən 6 və ya 12 ay ərzində pulsuz yararlanmaq üçün müstəsna imkan təklif edir. Kampaniya çərçivəsində təqdim edilən nömrələrin siyahısı ilə www.azercellim.com saytında tanış olmaq mümkündür. Təklifdən yararlanmaq üçün “Azercell” rəsmi diler dükanlarına müraciət etmək kifayətdir. 

“Azercell”dən yaddaqalan gözəl nömrəni ən sərfəli şərtlər ilə əldə etmək fürsətini qaçırmayın.

Kampaniya haqqında ətraflı məlumat üçün https://www.azercell.com/az/personal/campaigns/monthly/numbers səhifəsinə daxil olun.

“Sərbəst” tarifləri haqqında ətraflı məlumat üçün https://www.azercell.com/az/personal/tariffs/prepaid/serbest/ səhifəsinə daxil olun.

“GəncOL6” tarifi haqqında ətraflı məlumat üçün http://www.gencol.az/ səhifəsinə daxil olun.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.