İQTİSADİYYAT
® “Azercell”dən hərbi jurnalistlərə rabitə dəstəyi
Şirkət tərəfindən cəbhə bölgələrinə ezam olunmuş bütün media nümayəndələrinin balansına 100 AZN köçürüldü
Vətənimizin taleyində həlledici olan bu gərgin zamanlarda da ölkənin əsas rabitə təminatçısı “Azercell Telekom” vətəndaşlarımıza dəstək göstərməkdə davam edir. Mobil operator torpaqlarımızın işğaldan azad olunması naminə çalışan Ordunu təbliğ edərək insanlarda döyüş əzmi və qələbə ruhunu artıran, həm də dünya ictimaiyyətinə Azərbaycan həqiqətlərinin çatdırılması vəzifəsini layiqincə yerinə yetirən media təmsilçilərinin gərgin əməyinə öz töhfəsini əsirgəməyib. “Azercell” hazırda cəbhə bölgələrinə ezam olunmuş bütün jurnalist və çəkiliş qrupları üzvlərinin balansına 100 AZN köçürüb.
Beləliklə, “Azercell” informasiya müharibəsinin sarsılmaz döyüşçüləri olan media nümayəndələrimizə qaynar döyüş bölgələrindən operativ şəkildə həm bütün Azərbaycan xalqına, həm də dünya ictimaiyyətinə dəqiq xəbərlər ötürməsinə öz dəstəyini göstərmiş olur. Söz və qələm döyüşçülərimizdən Qələbə xəbərini gözləyirik!
Xatırladaq ki, Milli Ordumuza ianə məqsədilə “Azercell Telekom” Silahlı Qüvvələrə Yardım Fonduna artıq 1 milyon manat həcmində vəsait köçürüb. Eyni zamanda, vətənimizə və ordumuza həmrəylik ifadəsi olaraq “Azercell Telekom”un baş qərargahı Tbilisi prospektində yerləşən “Azercell Plaza”nın üzərində üçrəngli bayrağımız asılıb.
“Azercell” Milli Ordumuzun zəfəri naminə bu saatlarda ön cəbhədə döyüşən öz əməkdaşları da daxil olmaqla, bütün Azərbaycan oğullarına əzmkarlıq, ruh yüksəkliyi və cansağlığı arzu edir!
Qarabağ Azərbaycandır!
Daha ətraflı məlumat üçün “[email protected]” ünvanına müraciət edə bilərsiniz.
Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergiödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. Hazırda 5 milyon abunəçi “Azercell”i seçir. Bazar payı 49 faiz; ölkə ərazisi üzrə əhatə dairəsi 99,2 faiz (işğal altında olan ərazilər istisna olmaqla); ölkə əhalisi üzrə əhatə dairəsi 99,8 faiz təşkil edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz “Azercell” gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, “Azercell Ekspres” ofisləri, M2M, 4G , mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “ASAN imza” və sair. Mobil operator “Bakutel 2019” sərgisi çərçivəsində Azərbaycanda ilk dəfə pilot rejimdə 5G texnologiyasının sınaqlarını keçirib. “Azercell”in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla ölkənin 60-a yaxın bölgəsini əhatə edir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, “Azercell”in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirib. “Azercell” ölkədə və MDB məkanında beynəlxalq “Investors In People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir. “Azercell” nüfuzlu “STEVIE 2020” müsabiqəsində yüzlərlə təşkilat arasında “İlin telekommunikasiya şirkəti” adını qazanıb, bu nominasiya üzrə ən yüksək pillədə qərarlaşaraq qızıl mükafatı əldə edib.