İQTİSADİYYAT
® “Azercell”dən “iPhone Xs” və “iPhone Xs Max” ilə Limitsiz İnternet Hədiyyə!
Telekommunikasiya və yeni həllər vasitəsilə insan həyatını asanlaşdırmağı, onun keyfiyyətini artırmağı, ən son texnologiyaları istifadəçiləri üçün əlçatan etməyi hədəfləyən, iPhone X telefonlarının Azərbaycanda rəsmi təqdimatçısı “Azercell Telekom” oktyabrın 19-dan etibarən “iPhone Xs” və “iPhone Xs Max” smartfonları ilə bağlı sərfəli kampaniya ilə abunəçilərini sevindirir. Yeni kampaniyaya əsasən “Azercell Eksklüziv” mağazalarına və Fəvvarələr Meydanındakı “Azercell” Müştəri Xidmətləri Mərkəzinə müraciət edərək “iPhone Xs” və “iPhone Xs Max” smartfonlarını alan abunəçilər 6 aylıq pulsuz limitsiz internet qazanacaqlar. Kampaniya şərtləri haqqında daha ətraflı məlumatla “www.azercell.com” saytı vasitəsilə tanış olmaq olar.
Qeyd edək ki, “Azercell Eksklüziv” mağazaları Bakı (Tbilisi prospekti, 44C, Bülbül prospekti, 5, Qara Qarayev prospekti, 30\42, m. 52, Bəxtiyar Vahabzadə küçəsi, 556/57, Cavadxan küçəsi, 3005), Xırdalan (Heydər Əliyev prospekti, Mehdi Hüseyn küçəsi, 54), Mərdəkan (Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsi, 92/2, m.30), Xaçmaz (Nəriman Nərimanov küçəsi, 40), Salyan şəhəri (Heydər Əliyev küçəsi, 105), Quba (Heydər Əliyev prospekti, 194 və Qələbə küçəsi, 12) , Sumqayıtda (11-ci mikrorayon, Koroğlu və Üzeyir Hacıbəyli küçələrinin kəsişməsi), Şamaxıda (Ağamirzəli Əhmədov küçəsi, 1), Bərdədə (İsmət Qayıbov küçəsi, 8), Gəncədə (Heydər Əliyev prospekti, 149), Beyləqanda (Sərdar İmrəliyev küçəsi 265) və Ağcabədidə (Ü.Hacıbəyli prospekti, 68) abunəçilərin ixtiyarına verilib.
Məlumat üçün qeyd edək ki, “iPhone Xs” və “iPhone Xs Max” “iPhone”un ən yeni nəsil modelləridir. Hər iki smartfon Super Retina ekranı ilə təchiz olunub. Həmçinin yeni “iPhone” modellərinin ekranları 120 GHz tezlikdə çalışır və HDR, Dolby Vision, HDR10 kimi texnologiyaları dəstəkləyir.
Ən yeni “iPhone” modellərinin təqdimatı ilə bir arada sərfəli kampaniya ilə çıxış edən “Azercell” öz abunəçilərinə qabaqcıl telekommunikasiya məhsulları və multifunksional smartfonları daha yaxın etmək niyyətini davam etdirir.
Daha ətraflı məlumat üçün “[email protected]” ünvanına müraciət etmək mümkündür.
Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. Azərbaycanın mobil rabitə sektorunda 48 faiz bazar payına malik olan “Azercell”in şəbəkəsi ölkə ərazisini 80 faiz (işğal altında olan 20 faiz ərazi istisna olmaqla), əhalinin isə 99,8 faizini əhatə edir. Hazırda 4,5 milyon abunəçi “Azercell”in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz “Azercell” gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən “Azercell Ekspres” ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və 2012-ci ildə “Azercell” ölkədə ilk dəfə 4G xidmətini təqdim edib. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, “Azercell” şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirib. “Azercell” ölkədə və MDB məkanında beynəlxalq “Investors In People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.