İQTİSADİYYAT


® “Azercell”dən rominqdə olan abunəçilərinə dəstək və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “qaynar xətt”inə pulsuz zənglər imkanı!

Yerli bazarın lider mobil operatoru “Azercell Telekom” MMC Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyasının (COVID-19) qlobal pandemiya elan olunduğunu nəzərə alaraq, hazırda ölkə hüdudlarından kənarda olan abunəçilərinə xüsusi diqqətlə yanaşır. Belə ki, “Azercell” şirkəti hazırda Azərbaycanla nəqliyyat əlaqələri məhdudlaşdırılmış ölkələrdə olan və rominq xidmətindən istifadə edən abunəçilərin balansına ailələri və yaxınları ilə kəsintisiz rabitə əlaqəsini təmin etmək məqsədilə 50 AZN məbləğində pul vəsaiti yükləyib. Həmçinin martın 17-dən etibarən mobil operator bütün müştəriləri üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin "qaynar xətt"inə (1542) zənglərin ödənişsiz olmasını təmin edib. 

Qeyd edək ki, hazırda “Azercell”in Telefon Mərkəzi və Onlayn Müştəri Xidmətləri də gücləndirilmiş iş rejimi ilə çalışır. Belə ki, şirkət rominqdə olan abunəçilərinə müvafiq səfirliklərin əlaqə nömrələrinin təqdim edilməsi, habelə "qaynar xətt" ilə əlaqə saxlanılması istiqamətində hər cür dəstək göstərməyə hazırdır. Xatırladaq ki, rominq zamanı “Azercell”in Fakturalı Xətt abunəçiləri +994506565000, Fakturasız Xətt (Sim-Sim) abunəçiləri isə +994502002111 nömrələri vasitəsilə mobil operatorun Telefon Mərkəzi ilə tamamilə ödənişsiz əlaqə saxlaya bilərlər.

Daha ətraflı məlumat üçün “[email protected]” ünvanına müraciət edə bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.