İQTİSADİYYAT


® “Azercell”dən yeni cihaz kampaniyası

Yüksək sürətli interneti hər kəs üçün əlçatan etməyi hədəfləyən “Azercell” abunəçilərini yeni kampaniya ilə sevindirir. 

Belə ki, 3G USB, 3G MiFi və ya 4G MiFi cihazlarından birini əldə edən abunəçilər hədiyyə qismində verilən sərfəli internet paketlərindən yararlana biləcəklər. Qeyd edək ki, abunəçi tərəfindən ödənilən məbləğin 100 faizi cihaz üzərində təqdim olunan nömrənin balansına geri qaytarılır. Cihazlar nağd ödəniş əsasında satıldığından növbəti aylarda məcburi abunə haqqı tələb olunmur və cərimə tətbiq edilmir.

Beləliklə, kampaniya çərçivəsində 149 AZN ödəyərək 4G MiFi alan abunəçilər 5 ay boyunca hər ay hədiyyə qismində təqdim olunan limitsiz internet paketindən istifadə edəcəklər. Dəyəri 99 AZN olan 3G MiFi cihazını alan istifadəçilər 5 ayda hər ay ödənişsiz təqdim edilən 30 GB-lıq internet paketindən yararlana biləcəklər. 3G USB cihazını 24 AZN ödəyərək əldə edən abunəçilərə isə 3 ay boyunca hər ay 10 GB həcmində internet paketi hədiyyə olunacaq.

Kampaniyaya qoşulmaq üçün abunəçilər “Azercell Müştəri Xidmətləri”, “Azercell Eksklüziv” mağazaları və ya “Diler” ofislərinə müraciət edərək mövcud təkliflərdən birini seçə bilər.

Ətraflı məlumat üçün https://www.azercell.com/az/personal/devices/broadband_device/ səhifəsinə daxil olun.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.