İQTİSADİYYAT


® “Azercell”in “Kabinetim” mobil tətbiqi yenilənib

Rəqəmsal həllər və qabaqcıl texnologiyalar vasitəsilə insan həyatını asanlaşdırmağı hədəfləyən ölkənin lider mobil operatoru “Azercell Telekom” MMC “Kabinetim” mobil tətbiqinin funksionallığını artırmağa davam edir. Belə ki, digər imkanlarla yanaşı, istifadəçilər artıq sadələşdirilmiş giriş təcrübəsindən yararlana, onlayn çat vasitəsilə “Azercell” müştəri xidmətlərinə müraciət edə, tariflərin kataloqunu nəzərdən keçirə, tarif paketlərini asanlıqla aktiv edə və QR skan ilə xidmətlərə qoşula biləcəklər. 

Azərbaycan, rus və ingilis dillərini dəstəkləyən “Kabinetim” tətbiqi istifadəçilərə ən yaxşı müştəri təcrübəsi bəxş etmək məqsədilə işlənib hazırlanıb. Həm “iOS”, həm də “Android” əməliyyat sistemlərini dəstəkləyən yenilənmiş tətbiqi ödənişsiz olaraq “Playstore” və “Appstore”dan yükləmək mümkündür. Tətbiq avtomatik yenilənmədiyi halda, yükləmə üçün bit.ly/Kabinetim keçidindən istifadə edilməlidir.

“Azercell” “Kabinetim” tətbiqini yüklə və nömrənə daha asan nəzarət et.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.