İQTİSADİYYAT


® “Azercell”in “Mobil Göz Klinikası”nın yeni səfərləri

Müasir texnologiyalar və effektiv həllərin tətbiqi vasitəsilə insan həyatını asanlaşdırmağı hədəfləyən “Azercell Telekom” MMC ödənişsiz göz müayinələrinin təşkilini davam etdirir. “Azercell”in “Mobil Göz Klinikası” oktyabrda Bakı şəhəri, 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Həzi Aslanov” və “Nəsimi” filiallarının şagirdlərini müayinədən keçirib. Klinikanın Sabunçu rayonu, Bakıxanov qəsəbəsinə təşkil edilən səfəri zamanı isə aztəminatlı ailələrdən olan uşaqlara və sağlamlıq imkanları məhdud körpələrə tibbi yardım göstərilib. Beləliklə, oktyabrda 100-ə yaxın uşaq klinikanın təşkil etdiyi müayinələrdən yararlanıb.

2011-ci il iyunun 1-də “Uşaqların Beynəlxalq Müdafiəsi Günü”ndə fəaliyyətə başlayan “Azercell”in “Mobil Göz Klinikası” ən müasir tibbi avadanlıqla təchiz edilib. Valideyn himayəsindən məhrum uşaqlarda göz xəstəliklərinin müayinəsinin təşkilini və profilaktikasının aparılmasını təmin etmək məqsədilə yaradılan klinikanın xidmətlərindən, eyni zamanda, ahıllar, aztəminatlı ailələr və məcburi köçkünlər də yararlanır.

Qeyd edək ki, bütün müayinə və müalicə tədbirləri “Azercell”in dəstəyi ilə “Xəzər Qayğıkeşlik Layihəsi” İB tərəfindən həyata keçirilir.

Daha ətraflı məlumat üçün “[email protected]” ünvanına müraciət edə bilərsiniz.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.