İQTİSADİYYAT


® “Azercell”in “QadınDediyin” layihəsinin növbəti beynəlxalq uğuru

“Azercell”in təşəbbüsü ilə hazırlanan və sosial mediada milyonlarla baxış toplayan “QadınDediyin” layihəsi növbəti beynəlxalq mükafata layiq görülüb.

İndiyədək bir neçə nüfuzlu beynəlxalq festivallarda qalib olan layihə bu dəfə Şərqi Avropanın ən böyük yaradıcı festivallarından biri olan “White Square”də “For Bravery” özəl mükafatını alıb.

“For Bravery” mükafatı hər il cəmiyyətin önəmli problemlərini işıqlandıran ən cəsarətli layihələrə təqdim olunur. Bu il Minskdə keçirilən “White Square” festivalında dünyanın 30-dan çox ölkəsindən 1000-dən çox nümayəndə iştirak edib. Onlar arasında “QadınDediyin” çarxının xüsusi qiymətləndirilməsi bu layihənin dünya miqyasında əhəmiyyətli mövzuya toxunduğunu təsdiqləyir.

Qadın hüquqlarının müdafiəsi kimi həssas bir mövzuya həsr olunan bu layihədə cəmiyyətimizdə zərif cins nümayəndələri ilə bağlı stereotiplər və bu yanaşmanın dəyişdirilməsi zərurətindən bəhs edir.

Milli Olimpiya Komitəsi və “Azercell” arasındakı əməkdaşlıq nəticəsində yaranan layihədə öz həyat hekayələri ilə bu stereotipləri qıran uğurlu azərbaycanlı qadın idmançıları iştirak ediblər. Onlar öz hədəflərinə doğru əzmkarlıqla addımlamaqla, inkişafa, təhsilə, uğura gedən yolda sərhədlərin olmadığını sübut ediblər.

Ötən il yayımlanan bu layihə sosial şəbəkələrdə geniş əks-səda yaradıb. Nüfuzlu influenserlər və blogerlər tərəfindən dəstəklənən layihə sosial şəbəkələrdə 85 faizi müsbət geri dönüş olmaqla, ümumilikdə 3,8 milyon insana çatdırılıb.

Beləliklə, Azərbaycan reklam tarixinin ən cəsarətli kampaniyalarından birinə çevrilən “QadınDediyin” layihəsi həm yerli, həm beynəlxalq ictimaiyyətin diqqətini cəlb etməyi bacarıb.

Qeyd edək ki, “Azercell” şirkətinin KSM sahəsində həyata keçirdiyi təşəbbüslər indiyədək dəfələrlə yerli və beynəlxalq müsabiqələrdə ali mükafatlara layiq görülüb. “QadınDediyin” layihəsi bundan əvvəl Orta Asiyada marketinq, reklam və kommunikasiya sahəsinin ən nüfuzlu müsabiqələrindən sayılan “Red Jolbors” festivalında iki yüksək mükafat alıb.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edilə bilər.

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergiödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. Hazırda 5 milyon abunəçi “Azercell”i seçir. Bazar payı 49 faiz, ölkə ərazisi üzrə əhatə dairəsi 94 faiz, ölkə əhalisi üzrə əhatə dairəsi 98,7 faiz təşkil edir. “Azercell” ölkədə və MDB məkanında beynəlxalq “Investors In People” İnsana Sərmayə Platin Sertifikatına layiq görülən yeganə şirkətdir. Eyni zamanda, Beynəlxalq Biznes STEVIE Mükafatlarının “İlin kommunikasiya şirkəti” nominasiyası üzrə ən yüksək pillədə qərarlaşaraq Qızıl Stevie mükafatı alan ölkənin yeganə şirkətidir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz “Azercell” gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, “Azercell Ekspres” ofisləri, M2M, 4G, mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “ASAN imza” və sair. Mobil operator “Bakutel 2019” sərgisi çərçivəsində Azərbaycanda ilk dəfə pilot rejimdə 5G texnologiyasının sınaqlarını keçirib. “Azercell”in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-dək bölgəsini əhatə edir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, “Azercell”in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.