İQTİSADİYYAT


® “Azercell”in dəstəyi ilə Bakıda 5-ci “SHE Congress”i keçirilib

Azərbaycanın işgüzar qadınları mayın 17-də “JW Mariott Abşeron Bakı” otelində bir araya gəliblər. Belə ki, Azərbaycanda 5-ci dəfə keçirilən “SHE Congress”i 500-dən çox işgüzar qadını öz ətrafında toplayıb.

Ölkənin lider mobil operatoru “Azercell Telekom” MMC-nin əsas tərəfdaşlığı ilə baş tutan bu tədbir bir-birindən maraqlı çıxışlar, panel müzakirələri, dinamik sessiyalar və seminarlarla yadda qalıb.

“ÖZ HƏYATINA SAHİB OL” ("OWN YOUR LIFE") şüarı altında keçirilən konfransda qadınların liderlik və peşəkar bacarıqlarının inkişafına yönəlmiş xüsusi proqram təqdim edilib, iştirakçılara ünsiyyət qurmaq və təcrübə mübadiləsi aparmaq üçün unikal imkan yaradılıb.

Tədbirin əsas tərəfdaşı “Azercell” şirkəti Korporativ Ünsiyyət departamentinin direktoru Sona Abbasova və Hüquq, etika və komplayens departamentinin direktoru Şirin Əliyeva ilə təmsil olunub.

Tədbir çərçivəsində uğur hekayəsini bölüşən Şirin Əliyeva iştirakçıları öz nümunəsi ilə ruhlandırmağa müvəffəq olub. 19 illik karyerası boyu Şirin xanım qadınların inkişafı üçün dövlətin yaratdığı münbit şəraiti və dəstəyi daima hiss etdiyini bildirib. O, bu gün Azərbaycanda qadınların ölkənin siyasi, iqtisadi, sosial və mədəni həyatında fəal iştirakı üçün bir çox imkanlar təqdim edildiyini vurğulayıb.

“Azercell”in Korporativ Ünsiyyət departamentinin direktoru Sona Abbasovanın da çıxışı tədbir iştirakçılarının diqqətini xüsusi cəlb edib. Əvvəlcə “Azercell”in sosial məsuliyyətli korporativ vətəndaş olaraq bu istiqamətdə həyata keçirdiyi çoxsaylı proqramlar haqqında məlumat verən Sona xanım, daha sonra səhnəyə “Azercell”in təşəbbüsü və dəstəyi ilə yaradılan “Qadın Qaynar Xətti”nin rəhbəri Gülşən Axundovanı dəvət edib.

Panel müzakirəsi formatında davam edən sessiyada qaynar xəttin fəaliyyəti, xidmətə daxil olan zənglərin təsnifatı, qadınların cəmiyyətdə qarşılaşdığı çağırış və çətinliklər haqqında ətraflı məlumat təqdim edilib. Məruzəçilər dəstəyə ehtiyacı olan bütün qadınlara səslənərək onları 116111 qısa nömrəsi vasitəsilə fasiləsiz rejimdə xidmət göstərən mərkəz ilə əlaqə saxlamağa çağırıblar.

Qeyd edək ki, fəaliyyəti boyu Korporativ Sosial Məsuliyyət layihələrinə 22 milyon ABŞ dollarından artıq vəsait ayıran “Azercell” qadın hüquqlarının müdafiəsi, qadınların hərtərəfli inkişafı istiqamətlərini daim diqqət mərkəzində saxlayır, onları gücləndirən, eləcə də təhsilini, müxtəlif sahələr üzrə bilik və bacarıqlarını, karyera imkanlarını artıran çoxsaylı proqramlar həyata keçirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.