İQTİSADİYYAT
® “Azercell”in sərfəli “Sadə” tarif paketi ilə danışıqlarınıza sərhəd qoymayın
“Azercell” “Sim-Sim” abunəçiləri üçün yeni - “Sadə” tarif paketini təqdim edir
Ölkənin telekommunikasiya bazarında ən sərfəli təklifləri təqdim etməyi hədəfləyən “Azercell” yeni - "Sadə" tarif paketini abunəçilərinin istifadəsinə verib. Aprelin 16-dan etibarən “Azercell”in “Sim-Sim” abunəçiləri "Sadə" tarif paketi çərçivəsində həftəlik “S2” və aylıq “S6” paketlərdən yararlana biləcəklər. Beləliklə, “Azercell” abunəçiləri həftədə 2 AZN ödəməklə 150 şəbəkədaxili dəqiqə və 150 şəbəkədaxili SMS, ayda 6 AZN ödəməklə isə 500 şəbəkədaxili dəqiqə və 500 şəbəkədaxili SMS həcmində paketlərdən faydalanma imkanı əldə edirlər. Həftəlik paket sifariş etmək üçün S2 açar sözünü, aylıq paket üçün isə S6 açar sözünü 7575 qısa nömrəsinə göndərmək kifayətdir.
Artıq daha az ödəniş etməklə “Azercell”dən daha çox pulsuz SMS və dəqiqələr əldə edin. “Azercell”in sərfəli “Sadə” tarif paketindən faydalanaraq sevdiklərinizlə danışıqlarınıza sərhəd qoymayın. Əlavə məlumat üçün https://www.azercell.com/az/personal/tariffs/prepaid/sade/ səhifəsinə daxil olun. Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.
Azərbaycanın mobil rabitə sektorunun lideri, qeyri-neft sektorunun ən böyük vergiödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. Azərbaycanın mobil rabitə sektorunda 48 faiz bazar payına malik olan “Azercell”in şəbəkəsi ölkə ərazisinin 80 faizini (işğal altında olan 20 faiz ərazi istisna olmaqla), əhalinin isə 99,8 faizini əhatə edir. Hazırda 4,5 milyon abunəçi “Azercell”in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz “Azercell” gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən “Azercell Ekspres” ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və sair. 2012-ci ildə “Azercell” ölkədə ilk dəfə 4G xidmətini təqdim edib. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, “Azercell” şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. “Azercell” ölkədə və MDB məkanında beynəlxalq “Investors In People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.