İQTİSADİYYAT
® “Azercell”in yeni 4G Wi-Fi modemindən eyni zamanda 32 istifadəçi yararlana bilər
Abunəçilərinin rahatlığını hər zaman prioritet hesab edən “Azercell Telekom” MMC #Rəqəmsal Günlər çərçivəsində yeni kampaniyaya start verib. Bu dəfə lider mobil operator müştərilərinə 4G Wi-Fi modemini təqdim edib. Yeni modem, eyni zamanda, 32 istifadəçiyə internetdən yararlanmaq imkanı verərək, mobil telefon, planşet, televizor, kompüter və digər simsiz internetə qoşula bilən bütün cihazları yüksək sürətli mobil data xidmətləri və sabit siqnal ilə təmin edir. Cihazın digər üstünlüyü isə əhatə radiusunun 150-200 metr olmasıdır ki, bu da öz növbəsində modem vasitəsilə uzaq məsafədən belə internetə qoşulmaq imkanı yaradır.
Kampaniya çərçivəsində abunəçilər 4G Wi-Fi cihazı ilə yanaşı 1 ədəd “DATA” tarifində olan fakturasız xətt nömrəyə və 1 aylıq 50 GB həcmində internetə də sahib olur. Yeni 4G Wi-Fi cihazlarını cəmi 129 AZN ödəyərək “Azercell”in bütün diler ofislərindən əldə etmək mümkündür.
Qeyd edək ki, kampaniya yalnız fiziki şəxs olan abunəçilər üçün nəzərdə tutulub.
Ətraflı məlumat üçün: https://www.azercell.com/az/personal/campaigns/campaigns_internet/wifi_modem_50gb/ səhifəsinə daxil olun.
Daha ətraflı məlumat üçün “[email protected]” ünvanına müraciət edə bilərsiniz.
Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. Hazırda 5 milyon abunəçi “Azercell”i seçir. Bazar payı 49 faiz, ölkə ərazisi üzrə əhatə dairəsi 99,2 faiz (işğal altında olan ərazilər istisna olmaqla), ölkə əhalisi üzrə əhatə dairəsi 99,8 faiz təşkil edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz “Azercell” gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, “Azercell Ekspres” ofisləri, M2M, 4G, mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “ASAN İmza” və sair. Mobil operator “Bakutel 2019” sərgisi çərçivəsində Azərbaycanda ilk dəfə pilot rejimdə 5G texnologiyasının sınaqlarını keçirib. “Azercell”in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla ölkənin 60-a yaxın bölgəsini əhatə edir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, “Azercell”in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirib. “Azercell” ölkədə və MDB məkanında beynəlxalq “Investors In People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.