İQTİSADİYYAT


® “Azercell”in yeni “Bookmate plus” paketi ilə dünya ədəbiyyatı sizin smartfonunuzda

Fəaliyyəti boyunca bir sıra yeniliklərə imza atan “Azercell Telekom” MMC mütaliəni hər kəs üçün daha da əlçatan edərək Azərbaycan, türk, ingilis, rus və digər dillərdə dünya ədəbiyyatını oxumaq və audio versiyasını dinləmək üçün sərhədsiz imkanlar yaradır. Bu dəfə ölkənin rəqəmsal həllər təqdim edən lider mobil operatoru “Azercell” qiraət həvəskarlarının istifadəsinə yeni “Bookmate Plus” paketini təqdim edir. “Azercell” abunəçilərə bir paket çərçivəsində məkandan və istifadə olunan cihazdan asılı olmayaraq, hətta oflayn rejimdə belə 1 milyondan çox müxtəlif janrlarda elektron və audio kitabları özündə cəmləşdirən zəngin elektron kitabxanadan istifadə etmə imkanı yaradır. 

“Bookmate Plus” paketini aktiv etmək qaydası çox sadədir: Həm “iOS”, həm də “Android” əməliyyat sistemlərində çalışan “Bookmate” tətbiqini “App Store” və ya “Play Store”dan yüklədikdən sonra, xidmətə günlük qoşulmaq üçün smartfonun ekranında *511#yes, aylıq aktiv etmək üçün isə *533# yes komandasının yığılması kifayətdir.

“Azercell”in “Bookmate Plus” paketi elektron kitabxananın xəzinəsini abunəçilər üçün daha da əlçatan edərək, günlük paket çərçivəsində elektron və audio kitablardan istifadə üçün 50 faizdən çox endirim təqdim edir. Bununla yanaşı, “Azercell” “Bookmate Plus”dan ilk dəfə istifadə edən abunəçilərə paketdən 7 günlük pulsuz istifadə üçün də müstəsna fürsət yaradır. Daim yenilənən rəqəmsal kitabxana haqqında ətraflı məlumat üçün https://www.azercell.com/az/personal/services/partner_services/books/ səhifəsinə daxil olun.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.