İQTİSADİYYAT


® “Azercell”lilər bir ay ərzində “#rəqəmsalgünləri” birlikdə qeyd edəcək

Lider mobil operator yeni brend kimliyinin birinci ildönümü ilə əlaqədar abunəçilərinə yeni rabitə imkanları və bol-bol əyləncələr vəd edir

Düz bir il öncə “Azercell” yenilənərək “rəqəmsal dünyanı” abunəçiləri ilə birgə qurmağa başladı. 2019-cu il iyunun 21-də Heydər Əliyev Mərkəzində dövlət və biznes strukturları, ictimai xadimlər və media nümayəndələrinin iştirakı ilə keçirilən möhtəşəm tədbirdə ilk dəfə olaraq 360 dərəcəlik 3D proyeksiyası nümayiş etdirib. 300-ə yaxın dron səmada Azərbaycan bayrağı və xəritəsinin, “Azercell”in əvvəlki və yeni loqolarının təsvirini yaradaraq izləyicilərə möhtəşəm şou sərgiləyib.

Artıq 5 milyondan çox abunəçinin seçimi olan “Azercell Telekom” bu bayramını onlarla birlikdə qeyd etməyi planlaşdırır. Beləliklə, bu ay ərzində şirkət abunəçilərini yeni cəlbedici kampaniyalar, faydalı və əyləncəli tətbiqlərə pulsuz abunə, eləcə də “Azercell”in sosial şəbəkə kanalları vasitəsilə keçiriləcək müxtəlif oyunlar, yarışmalar, müsabiqələrdə iştirak edib hədiyyə qazanmaq şansı və qiymətli rəqəmsal hədiyyələr gözləyir.

Ölkənin lider mobil operatoru “Azercell Telekom” MMC ötən il bütün Azərbaycanı yeni bağlantı erasına hazırlamağı vəd edərək yeni brend kimliyini, onun ifadəsində isə yeni fəlsəfəsini cəmiyyətə təqdim edib. Yeni nəsil rəqəmsal həllər vasitəsilə istifadəçilərinə dünyanın sonsuz imkanlarını əlçatan etməyi vəd edən “Azercell” müasir texnologiyaların tətbiqi ilə onların həyatlarını əsaslı şəkildə dəyişəcəyini bəyan edib. Beləliklə, “Azercell”in çevikliyi və yenilikçi ruhunun rəmzi olacaq, keçmişlə gələcək arasında bir bağ yaradaraq hərəkət və inkişafı təcəssüm etdirəcək yeni nişanı şirkət tarixində yeni eranın başladığının əksinə çevrilib.

Beləcə, öz vədinə sadiq qalaraq cəmiyyətin rəqəmsallaşmasına doğru ən əhəmiyyətli addımlarından biri kimi 2019-cu ilin noyabrında “Azercell”in ölkədə və Cənubi Qafqazda ilk 5G pilot şəbəkəsini istifadəyə verib. 5G şəbəkəsinin operator tərəfindən ən birinci və ən tez sınaqdan keçirilməsi, eləcə də texniki yenilənməsi “Azercell”i dünyanın qabaqcıl mobil rabitə təminatçıları ilə bir sırada qərarlaşdırır.

“Azercell” şirkəti abunəçilərinin istifadəsinə daha müasir dizayna malik olan “Kabinetim” şəxsi kabinet xidmətini təqdim edib. Ölkədə ilk dəfə olaraq “Kabinetim” tətbiqi üzərindən rabitə, kommunal və digər məişət ehtiyaclarını ödəyə biləcək “Mobil Ödəmə” xidmətini istifadəyə verib.

Smartfonlar vasitəsilə rəqəmsal xidmətlərə doğan tələbatdan irəli gələrək “Azercell” ötən ildə əyləncə və səmərəli istifadə üçün geniş çeşiddə rəqəmsal xidmətlərini: “ivi”, “Zvuk”, “Azercell Kids”, “Bookmate”, “NNTV” mobil TV, “BluTV” və “Busuu” kimi mobil tətbiqlərini abunəçilərinə təqdim edib.

Sosial layihələrini artıq rəqəmsal ifadəsində cəmiyyətə təqdim edən “Azercell”in beynəlxalq “Bookmate” proqramına 650 illiyi qeyd olunan şair-mütəfəkkir İmadəddin Nəsiminin qəzəllərinin 3 dildə audio kitab formatında yerləşdirilməsi isə şirkətin Azərbaycan mədəniyyətinin təbliği və “2019 Nəsimi ili” layihəsinə böyük töhfəsi olub.

Uşaqların və uşaq hüquqlarının müdafiəsi istiqamətində fəallığı ilə seçilən “Azercell” onların rəqəmsal mühitdə qorunması təşəbbüsü ilə ötən il “Rəqəmsal vətəndaşlıq və internet təhlükəsizliyi” mövzusunda ölkənin müxtəlif bölgələrində şagirdlər, valideynlər və müəllimlər üçün xüsusi çoxsaylı təlimlər təşkil edib.

“Azercell”in hamı üçün əlçatan etməyi qarşısına məqsəd qoyduğu rabitə imkanları cəmiyyətdə yaşanılan daha mürəkkəb və kritik zamanlarda belə əhəmiyyətli sosial qayğı kimi operativ şəkildə köməyə gəldi.

“Azercell” dünyanın qlobal təhlükəsi olan COVID-19 pandemiyası ilə mübarizə və sosial təcrid şəraitində həm abunəçilərinə, həm də əhalinin ayrı-ayrı təbəqələrinə dəstək göstərib: karantin şəraitinin ilk günlərindən ölkə xaricində olan vətəndaşlara 50 AZN həcmində rabitə dəstəyi, TƏBİB-lə pulsuz əlaqə qurmaq imkanının yaradılması, 65 yaşdan yuxarı vətəndaşlar üçün təmənnasız səyyar müştəri xidmətləri, pandemiya ilə mübarizə aparan həkim və tibb işçilərinə 50 AZN həcmində rabitə dəstəyi, “Virtual Məktəb” portalı üzərindən çalışan müəllimlərə mobil internet balansının artırılması, onlayn təhsil alan tələbələrə rabitə dəstəyi, minlərlə aztəminatlı ailəyə ərzaq məhsullarının paylanması, əlavə xidmətlər və mobil tətbiqlər üçün endirimlər və digər növ yardımlar.

“Azercell” bütün zamanlarda öz abunəçilərinə xidmət etməyə hazırdır və hər kəsi rəqəmsal bayramına qoşulmağa çağırır.

“Azercell”in rəqəmsal günlərində hədiyyəsiz qalma.

Daha ətraflı məlumat üçün “[email protected]” ünvanına müraciət edə bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.