İQTİSADİYYAT


® “Azpetrol”un 4 məntəqəsində STQ-nin satışına başlanılıb

Martın 19-dan etibarən “Azpetrol” şirkətinin “Babək” qazdoldurma məntəqəsində (QDM-də), iyulun 8-də “Mərdəkan” QDM-də, iyulun 10-da “Mayak” QDM-də, iyulun 11-də “Masazır” YDM-də STQ-nin (sıxılmış təbii qaz – CNG) satışına başlanılıb. Müştərilərin nəzərinə çatdırırıq ki, STQ mühərrik yanacağının satış qiyməti bir kubmetr üçün 0,45 manat təşkil edir.

Qeyd edək ki, STQ mühərrik yanacağı “Avro-6” ekoloji və “QOST 27577-2000” “Daxili yanma mühərriklərdə istifadə edilmiş sıxılmış təbii qaz” standartlarının tələblərinə tam cavab verir.

QDM-ə daxil olan təbii qazın tərkibindəki mexaniki qarışıqların, müxtəlif kondensatların və sərbəst suyun təmizlənməsi üçün QDM-nə koalisçent tipli Filter-Separator quraşdırılıb.

Eyni zamanda, qazın tərkibindəki su buxarının qurudulması üçün QDM-nə yüksək göstəricilərə malik qaz quruducuları da quraşdırılıb. Qazın nəmlik dərəcəsinə nəzarət etmək üçün hər bir quruducunun giriş və çıxış xətləri qazın tərkibindəki su buxarının şeh nöqtəsini ölçən sensorlarla komplektləşdirilib. Bunun sayəsində qazın nəmlik dərəcəsinə daimi nəzarət olunacaq.

Məntəqələrdə qaz quruducusunun quraşdırılması sürücülərə aşağıdakı faydaları olacaq:

- Avtomobillərin yanacaq çəninə STQ-nin dolumu zamanı donma halları baş verməyəcək, dolum sürəti artacaq və əməliyyat daha tez başa çatacaq;

- Dolum zamanı donma hallarında yaranan buzlaşmış su yanacaq çəni vasitəsilə mühərrikə ötürülmür və bu da mühərrikin korroziyaya uğramasına səbəb olmur.

Texnoloji proseslər zamanı temperaturu yüksələn STQ-nin soyudulması üçün QDM-nə qaz soyuducusu (Çiller) quraşdırılıb. Çiller ilə soyudulmuş STQ-nin avtomobillərə dolum zamanı temperatur sabit olacaq.

Qeyd etmək lazımdır ki, STQ ilə işləyən avtomobillərin coğrafiyası getdikcə genişlənir. Çünki hazırda bütün mövcud yanacaqların ən etibarlı, ekoloji cəhətdən səmərəli növü STQ hesab edilir.

STQ kompressor stansiyasında boru nəqli ilə gələn təbii qazın sıxılması hesabına əldə edilir, daxili yanma mühərriklərində yanacaq olaraq istifadə üçün 200-250 bar (196-245 kq/sm2) təzyiqə bərabərdir.

Onu da bildirək ki, “Azpetrol”un məntəqələrində STQ avadanlıqlarının quraşdırılması İtaliyanın “SAFE” şirkəti tərəfindən həyata keçirilib.

“Azpetrol” – daim inkişafa doğru!

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.