İQTİSADİYYAT


® “Bakcell” BDU-nun tələbə və məzunlarını karyera imkanları ilə tanış edib

Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi “Bakcell” şirkəti Bakı Dövlət Universitetinin (BDU) tələbə və məzunları üçün təşkil edilmiş “Karyerada ilk addım” adlı aktiv məşğulluq tədbirində iştirak edib. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti və Bakı Dövlət Universitetinin birgə təşkilatçılığı ilə universitetin tələbə və məzunları üçün “Karyerada ilk addım” adlı aktiv məşğulluq tədbirinin əsas məqsədi tələbə və məzunların əmək bazarına çıxışının dəstəklənməsi, onların işəgötürənlərlə ilkin əlaqələrinin qurulmasıdır.

Tədbir zamanı universitetin tələbə və məzunlarına “Bakcell” şirkətində mövcud olan vakansiya və təcrübə imkanları barədə məlumat verilib və potensial namizədlərlə müsahibələr keçirilib.

Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından olan “Bakcell” şirkəti gənclərin təhsilinin və karyerasının inkişafına dəstək göstərir. Şirkət mütəmadi olaraq müxtəlif təhsil müəssisələri, müvafiq dövlət strukturları və təşkilatlar tərəfindən təşkil olunan karyera sərgilərində fəal iştirak edir. Müsahibədən uğurla keçən gənclər ölkənin ən böyük şirkətlərindən birində iş və ya təcrübə imkanı qazanır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.