İQTİSADİYYAT


® “Bakcell” ”Bakutel-2018” sərgisində: innovasiyalar, əyləncə və hədiyyələr

Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi “Bakcell” şirkəti “Bakutel-2018” XXIV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisinin ziyarətçilərini ən müasir texnologiyalar, rahat və müasir məhsul və xidmətlər və şirkətin son nailiyyətləri ilə tanış edir.

Sərgi zamanı keçirilmiş brifinqdə “Bakcell”in baş icraçı direktoru Nikolai Beckers şirkətin “Bakutel-2018” sərgisində nümayiş olunan texnologiyalar və rəqəmsal layihələri barədə danışıb: “Bu il stendimizin qonaqları Azərbaycanda ilk dəfə olaraq “5G-yə hazırlıq” adlanan 4.5G texnologiyası üzərindən təmin olunan 600 Mbps mobil sürətini sınaqdan keçirə biləcək, şirkətin ən uğurlu layihələri və təşəbbüsləri barədə məlumat alacaqlar. 2019-cu il ərzində ölkənin ən sürətli 4G şəbəkəsinin regionlara doğru genişləndirilməsi və onun inkişafı istiqamətində aparılan işlər davam etdiriləcək. Gələn ilin sonuna qədər “Bakcell” Azərbaycan əhalisinin 95 faizini 4G şəbəkəsi ilə əhatə etməyi planlaşdırır”.

“Azərbaycanın Ən Sürətli Mobil Şəbəkəsi”ni sınaqdan keçir və hədiyyə qazan!

“Bakutel-2018” sərgisində quraşdırılmış “Bakcell” stendinin qonaqları tanınmış “Ookla” şirkəti tərəfindən sınaqdan keçirilmiş və Azərbaycanın ən sürətli mobil şəbəkəsi adına layiq görülmüş “Bakcell” şəbəkəsinin imkanları ilə tanış olmaq fürsətinə malikdirlər. Öz gücünə güvənən iştirakçılar isə stenddə quraşdırılmış xüsusi qurğuda top ataraq yarışır, “Bakcell”dən pulsuz internet qazanır və 4G internetinin üstünlüklərindən yararlanır.

“Mənim Bakcell”im applikasiyasının yeni istifadəçiləri üçün lotereya

Sərgi ziyarətçiləri “Bakcell” şirkətinin yeni istifadəyə verilmiş “Mənim Bakcell”im mobil tətbiqetməsi ilə tanış ola, müştəri xidmətləri ilə canlı əlaqə yaradıb sualları verə, mobil əlavəni sınaqdan keçirib onun maraqlı və unikal funksiyaları barədə məlumat ala bilirlər. “Google Play Store” və ya “AppStore” mobil dükanlarından “Mənim Bakcell”im applikasiyasını yükləyən qonaqlar isə xüsusi lotereyada iştirak edib hədiyyə qazanırlar.

“AppLab” guşəsində ən maraqlı startap layihələri

“AppLab” guşəsində, həmçinin ideyaların, mobil tətbiqlərin və texnologiyaların pilot variantından istifadəyə tam hazır məhsul variantınadək çatdırılmasında gənc yerli developerlərə kömək edən “AppLab” inkubasiya mərkəzinin 2 yeni layihəsi - “Run2Help” və “bilik.az” təqdim edilir.

“Wi-Fi Evinizdə” – 4G olan hər yerdə internet

“Wi-Fi Evinizdə” guşəsində sərgi ziyarətçiləri rahat ev şəraitində “Bakcell”in yeni təqdim olunmuş Wi-Fi qurğusunun üstünlüklərini görür, ölkənin ən sürətli 4G internetindən istifadə edəcək və “Virtuall Realliq” proqramında futbol oynayırlar.

“Ulduzum”la oyna və hədiyyə qazan!

“Bakcell” şirkətinin “Bakutel-2018” stendinin ziyarətçiləri sərgidən əyləncəsiz və hədiyyəsiz ayrılmayacaqlar. Onlar “Ulduzum” loyallıq proqramına aid labirint oyununda iştirak edərək “Ulduzum” tərəfdaşlarından maraqlı hədiyyələr qazana bilərlər.

Mehriban və əyləncə dolu bir mühitdə ən müasir texnologiyalardan istifadə etməklə unudulmaz təəssüratlar əldə etmək üçün “Bakcell” şirkəti “Bakutel-2018” sərgisinin bütün ziyarətçilərini öz stendinə dəvət edir.

Kiçik və orta biznesə dəstək

Nikolai Beckers bildirib ki, “Bakcell” şirkəti bu il “Bakutel” sərgisi çərçivəsində innovasiya və texnologilayarı nümayiş etdirməklə bərabər, kiçik və orta sahibkarlığa da dəstək göstərir. Belə ki, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə birgə təşkil olunan digər stenddə də təmsil olunan “Bakcell” şirkəti ölkədə kiçik və orta sahibkarlığın inkişafına dəstək məqsədilə start verilmiş “KOB Dəstək” proqramı çərçivəsində startapların və bizneslərin “Bakutel-2018” sərgisində təmsil olunmasına dəstək göstərir.

“Bakcell” şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl 4G/LTE mobil internet xidməti göstərir.

“Bakcell” şirkətinin 4G şəbəkəsi artıq bütün Bakı və Abşeron ərazisi daxil olmaqla ölkənin 40-dan çox rayon və şəhər mərkəzlərində mobil operatorun abunəçilərinə ən üstün müştəri təcrübəsi təmin edir.

7000-dən artıq baza stansiyası vasitəsilə “Bakcell” şəbəkəsi əhalinin 99 faizini, ölkə ərazisinin isə 93 faizini (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. Mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan “P3 Communications” şirkəti tərəfindən “Bakcell” şirkəti Azərbaycanda sınaq nəticələrinə görə, ən yaxşı şəbəkə adına layiq görülüb (“Best in Test”). 2018-ci ildə şirkət “Azərbaycanın ən sürətli mobil şəbəkəsi” adına layiq görülüb. Bu mükafat bütün dünyada tanınmış “Ookla” şirkəti tərəfindən “Bakcell”ə Azərbaycan Respublikası ərazisində ən sürətli mobil internet xidmətlərinin göstərilməsinə görə təqdim edilib.

“Bakcell” və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, “www.bakcell.com” internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün “www.bakcell.com/az/news” (və ya ingilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-“Bakcell” abunəçiləri isə (012) 498-89-89 nömrəsinə zəng etməklə “Bakcell”in məhsul və xidmətləri haqqında məlumat əldə edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.