İQTİSADİYYAT


® “Bakcell” Bərdə sakinlərinə dəstək olub

“Bakcell” şirkəti Ermənistanın raket atəşi nəticəsində zərərçəkmiş Bərdə şəhərinin sakinlərinə dəstək məqsədilə orada yaşayan abunəçilərinin balansını artırıb. 

Bərdədəki bütün “Bakcell” abunəçilərinin balansına şirkət tərəfindən ölkə daxilində bütün istiqamətlərə zənglər üçün pulsuz 100 dəqiqə və 100 SMS yüklənib.

Qeyd edək ki, Ermənistanın silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, habelə elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla döyüş əməliyyatlarının aparıldığı bölgəyə aidiyyəti olmayan şəhər və rayonlarımıza raket və ağır artilleriya zərbələri endirir.

“Bakcell” şirkəti erməni terroru nəticəsində Bərdədə və digər şəhər və rayonlarımızda şəhid olan həmvətənlərimizə Allahdan rəhmət, yaralı soydaşlarımıza isə şəfa diləyir.

Qarabağ Azərbaycandır!

Azərbaycanın ilk mobil operatoru “Bakcell” şirkəti müasir mobil telekommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl mobil internet xidməti göstərir. 8000-dən çox baza stansiyası vasitəsilə “Bakcell” şəbəkəsi əhalinin 99 faizini, ölkə ərazisinin isə 95 faizini (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. Bu gün “Bakcell” şirkəti ölkədə ən böyük və sürətli 4G mobil şəbəkəsinə malikdir və Azərbaycanın bütün regionlarının mərkəz hissələrini (Naxçıvan Muxtar Respublikası və işğal olunmuş ərazilər istisna olmaqla) və ölkə əhalisinin 93 faizini əhatə edir.

“Bakcell” və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün “www.bakcell.com” internet səhifəsinə daxil ola və ya 555-ə zəng edə bilərsiniz. Qeyri-Bakcell abunəçiləri isə 012 498 89 89 nömrəsinə zəng etməklə “Bakcell”in məhsul və xidmətləri haqqında məlumat əldə edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.