İQTİSADİYYAT


® “Bakcell” abunəçilərinə bayram sovqatı – Pulsuz 4G internet

Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi “Bakcell” şirkəti öz abunəçiləri üçün xüsusi bahar hədiyyəsi hazırlayıb. Novruz bayramı ərəfəsində “Bakcell” abunəçilərinə 4G şəbəkəsində istifadə üçün 1 Gb pulsuz internet hədiyyə olunacaq.

Azərbaycan xalqının ən sevimli bayramlarından biri olan Novruza həsr olunmuş xüsusi kampaniya çərçivəsində “Mənim Bakcellim” mobil tətbiqini “Google Play” və yaxud “Appstore”dan yükləyib qeydiyyatdan keçən hər bir “Bakcell” abunəçisi 1 Gb pulsuz internet trafiki əldə edəcək. Qeyd edək ki, hədiyyə yalnız “Mənim Bakcellim”də ilk dəfə qeydiyyatdan keçən abunəçilərə təqdim olunacaq.

Pulsuz internet 30 gün ərzində yalnız “Bakcell”in super sürətli 4G şəbəkəsində istifadə oluna bilər. Bu kampaniya sayəsində abunəçilər ölkənin ən sürətli və etibarlı 4G şəbəkəsini sınaqdan keçirəcəklər. Kampaniya aprel ayının 15-nə kimi davam edəcək.

Xatırladaq ki, abunəçilərini rahat, şəffaf və əlverişli müştəri təcrübəsi ilə təmin etmək üçün Bakcell “Mənim Bakcellim” virtual müştəri xidməti tətbiqetməsini istifadəyə verib. Bu innovativ özünəxidmət tətbiqi sayəsində nömrə ilə bağlı əməliyyatlar etmək üçün xidmət mərkəzinə getməyə və ya məlumat mərkəzinə zəng etməyə ehtiyac yoxdur. “Mənim Bakcellim” istifadəçiləri nömrələrinin balansı ilə bağlı maksimum şəffaf informasiyaya malikdirlər. Belə ki, abunəçilər zəng olunmuş nömrələrin siyahısı, zənglərin vaxtı və müddəti və sərf olunmuş məbləğlər daxil olmaqla nömrənin istifadə tarixçəsinə aid bütün məlumatlara tam nəzarət edirlər. Bundan əlavə, mobil əlavədə xidmət mərkəzi nümayəndələri ilə onlayn çat imkanı da nəzərdə tutulub. Qeyd edək ki, 1 il ərzində “Mənim Bakcellim” mobil tətbiqetməsi 240 min nəfərdən çox abunəçi tərəfindən yüklənib.

Kampaniyada iştirak edib pulsuz internetdən yararlanmaq üçün abunəçinin mobil cihazı 4G şəbəkəsini dəstəkləməli və 4G SİM-kartı ilə təmin olunmalıdır. 4G-ni dəstəkləyən SİM kartı olmayan "Bakcell" abunəçiləri yaşadıqları əraziyə yaxın olan "Bakcell" Müştəri Xidməti Mərkəzinə və ya “Bakcell”in diler dükanına yaxınlaşıb öz köhnə SİM kartını yeni 4G SİM-kartı ilə əvəzləyə bilərlər.

"Bakcell" şirkəti bütün Azərbaycan xalqını Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, bu əziz bayram günlərində bahar əhval-ruhiyyəsi, cansağlığı və səadət arzulayır.

“Bakcell” şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl 4G/LTE mobil internet xidməti göstərir. “Bakcell”in 4G şəbəkəsi artıq bütün Bakı və Abşeron ərazisi daxil olmaqla ölkənin 40-dan çox rayon və şəhər mərkəzlərində mobil operatorun abunəçilərinə ən üstün müştəri təcrübəsi təmin edir.

7000-dən çox baza stansiyası vasitəsilə “Bakcell” şəbəkəsi əhalinin 99 faizini, ölkə ərazisinin isə 93 faizini (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. Mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan “P3 Communications” şirkəti tərəfindən “Bakcell” şirkəti Azərbaycanda sınaq nəticələrinə görə, ən yaxşı şəbəkə adına layiq görülüb (“Best in Test”). 2018-ci ildə şirkət “Azərbaycanın ən sürətli mobil şəbəkəsi” adına layiq görülüb. Bu mükafat bütün dünyada tanınmış “Ookla” şirkəti tərəfindən “Bakcell”ə Azərbaycan Respublikası ərazisində ən sürətli mobil internet xidmətlərinin göstərilməsinə görə təqdim olunub.

“Bakcell” və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya ingilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-“Bakcell” abunəçiləri isə 012 498 89 89 nömrəsinə zəng etməklə “Bakcell”in məhsul və xidmətləri haqqında məlumat əldə edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.