İQTİSADİYYAT
® “Bakcell” eşitmə məhdudiyyətli insanlar arasında futzal turnirinə dəstək göstərib
Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi “Bakcell” şirkəti AFFA-nın və Sahə Futbol Federasiyaları İctimai Birliyinin dəstəyi, Əlillər Futbolu Federasiyasının təşkilatçılığı ilə eşitmə məhdudiyyətli insanlar arasında futzal üzrə “Payız turniri”nə ənənəvi dəstəyini göstərib.
Noyabrın 22-24-də Bakıda keçirilmiş növbəti “Payız turniri”ndə eşitmə məhdudiyyətli əlillər üçün xüsusi internat məktəblərinin şagirdlərindən ibarət beş komanda (“Şimşək”, “Zirvə”, “Ümid”, “Azəri”, “Bakı”) öz gücünü sınayıb.
Birinci yerə “Şimşək” komandası, ikinci və üçüncü yerlərə isə müvafiq olaraq “Azəri” və “Zirvə” komandaları layiq görülüb. Yarışın ən yaxşı oyunçusu Ülvü İbrahimov (“Şimşək”), ən yaxşı qapıçısı Rabil Şahbazov (“Azəri”) və ən məhsuldar oyunçusu Qədirli İbrahim (“Şimşək”) olub.
“Bakcell” şirkəti 2007-ci ildən bəri mütəmadi olaraq Əlillər Futbolu Federasiyasının futzal üzrə müxtəlif turnirlərinə dəstək göstərir. “Payız turniri”nin əsas məqsədi eşitmə məhdudiyyətli uşaqları sağlam həyat tərzinə alışdırmaq və inteqrasiya etməkdir.
“Bakcell” özünün genişmiqyaslı “Bakcell Stars” Korporativ Sosial Məsuliyyət proqramı vasitəsilə Azərbaycanda gənclər və idmanın inkişafına dəstək göstərir, xüsusi qayğıya ehtiyacı olan uşaq və gənclərə yönəlmiş mühüm layihələri həyata keçirir.
Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi “Bakcell” şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl 4G/LTE mobil internet xidməti göstərir.
“Bakcell” şirkətinin 4G şəbəkəsi artıq bütün Bakı və Abşeron ərazisi daxil olmaqla ölkənin 40-dan çox rayon və şəhər mərkəzlərində mobil operatorun abunəçilərinə ən üstün müştəri təcrübəsi təmin edir.
7000-dən çox baza stansiyası vasitəsilə “Bakcell” şəbəkəsi əhalinin 99 faizini, ölkə ərazisinin isə 93 faizini (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. Mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan “P3 Communications” şirkəti tərəfindən “Bakcell” şirkəti Azərbaycanda sınaq nəticələrinə görə, ən yaxşı şəbəkə adına layiq görülüb (“Bestin Test”). 2018-ci ildə şirkət “Azərbaycanın ən sürətli mobil şəbəkəsi” adına layiq görülüb. Bu mükafat bütün dünyada tanınmış “Ookla” şirkəti tərəfindən “Bakcell”ə Azərbaycan ərazisində ən sürətli mobil internet xidmətlərinin göstərilməsinə görə təqdim edilib.
“Bakcell” və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün “www.bakcell.com” internet səhifəsinə daxil olmaq və ya 555-ə zəng etmək mümkündür. Press-relizlərlə tanış olmaq üçün “www.bakcell.com/az/news” (və ya ingilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olmaq olar.
Qeyri-Bakcell abunəçiləri isə (012) 498-89-89 nömrəsinə zəng etməklə “Bakcell”in məhsul və xidmətləri haqqında məlumat əldə edə bilərlər.