CƏMİYYƏT


® “Bakcell” şirkəti neftçiləri təbrik edib

Bakı, 20 sentyabr, AZƏRTAC

“Bakcell” şirkətinin xidmətlərindən istifadə edən neftçilər gün ərzində şəbəkədaxili pulsuz danışacaqlar.

Sentyabrın 20-si Azərbaycanda “Əsrin müqaviləsi”nin 26 illiyidir və eyni zamanda, Neftçilər Günü kimi qeyd olunur.

Peşə bayramı günü münasibətilə “Bakcell” şirkəti bütün neftçiləri təbrik edib. Bu münasibətlə şirkət onlara təbrik SMS-i yollayıb. Bundan başqa, “Bakcell” neft sektorunda çalışan abunəçilərinə gün ərzində şəbəkədaxili pulsuz danışıq hədiyyə edib.

Beləliklə, “Bakcell” xidmətlərindən istifadə edən neftçilər bu gün heç bir ödəniş etmədən şəbəkədaxili istədikləri qədər zəng edə biləcəklər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.