Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

® “Bakcell” şirkətinin dəstəyi ilə Bakıda M.A.P. Beynəlxalq Teatr Festivalı keçiriləcək

®  “Bakcell” şirkətinin dəstəyi ilə Bakıda M.A.P. Beynəlxalq Teatr Festivalı keçiriləcək

“YARAT” Müasir İncəsənət Məkanı “Bakcell” şirkətinin tərəfdaşlığı ilə oktyabrın 10–20-də Bakı şəhərində 3-cü M.A.P. Beynəlxalq Teatr Festivalının keçiriləcəyini böyük məmnuniyyətlə elan edir. 

M.A.P. Festivalı (Music, Art, Performance – terminlərin abreviaturası) tamaşaçı auditoriyalarına müasir teatr formalarının geniş spektrini araşdırmağa kömək etmək məqsədilə teatr sənətinin fərqli formalarını bir araya gətirən ünsiyyət, təhsil, bilik və təcrübə mübadiləsi platformasıdır.

Əvvəlki iki buraxılışda olduğu kimi bu dəfə də festival şəhərin əsas teatr səhnələrini əhatə edəcək və auditoriyanı son bir neçə ildə rəğbət qazanmış ən cəsur və maraqlı tamaşalarla tanış edəcək. Proqrama dram, müasir rəqslər, fiziki teatr və kukla tamaşalarından tutmuş klounada və sirk elementlərinə malik musiqili tamaşalara qədər ən müxtəlif janr və istiqamətləri təmsil edən 18 tamaşa daxildir.

Bu il festivalda Y.Vaxtanqov adına Dövlət Akademik Teatrı (Rusiya), “AXE” Mühəndis Teatrı (Rusiya), “Priyut komedianta” Teatrı (Rusiya), “Kukolniy dom” Teatrı (Rusiya), Yeni Riqa Teatrı (Latviya), Akademik Malıy Dram Teatrı – Avropa Teatrı (Rusiya), Devid Espinoza Kukla Teatrı (İspaniya), “OLE!” kollektivi (İspaniya / Böyük Britaniya), “WHS” Teatrı (Finlandiya), məşhur “Kibbutz” Müasir Rəqs kollektivi (İsrail), “Sardegna” Teatrı (İtaliya), “Atelye” Teatrı (Rusiya), “Puppet Cinema” kollektivi (İsrail) və “Recirquel” şirkəti (Macarıstan) iştirak edəcək.

Festival rəsmi olaraq rejissor Kamran Şahmərdanın “Dəli yığıncağı” tamaşası ilə açılacaq. Rejissor Azərbaycan ədəbiyyatının klassik nümayəndəsi Cəlil Məmmədquluzadənin eyniadlı pyesini yenidən nəzərdən keçirərək onu müasir cəmiyyət üçün aktual mövzuları vurğulayan yeni ifadə, musiqi və enerji ilə daha da zənginləşdirib. Lakin festivalın ilk qaranquşları hələ sentyabrın əvvəlindən qanad açacaq və Bakı tamaşaçılarına əfsanəvi Y.Vaxtanqov adına Dövlət Akademik Teatrının 3 tamaşasını izləmək imkanı verəcək. Rimas Tuminasın “Yevgeni Onegin” tamaşası artıq bütün dünyada tənqidçi və tamaşaçıların rəğbətini qazanıb. Bakı auditoriyası tamaşanı Dövlət Musiqili Teatrının səhnəsində izləyəcək. Vaxtanqovçılar daha iki tamaşanı – “Medeya” (baş rolda Yuliya Rutberq) və “Lanqustun harayı” Rus Dram Teatrında göstərəcəklər.

Məşhur Lev Dodinin quruluşunda, füsunkar Kseniya Rappoportun Yelena Andreyevna rolunu ifa etdiyi “Vanya dayı” tamaşası da teatrsevərlərə Rus Dram Teatrının səhnəsində təqdim ediləcək.

Sankt-Peterburqun “Priyut komedianta” Teatrı həyatın mənasını axtarmaqdan və həyatdan sevinc duya bilməməkdən bəhs edən “Podolskdan olan adam” pyesini Azərbaycana gətirəcək. Dmitri Danilovun bu əsəri bir neçə dəfə səhnələşdirilib və 2018-ci ildə “dramaturqun işinə görə” “Qızıl Maska” mükafatına layiq görülüb.

Yeni Riqa Teatrı proqrama tamaşaçıların sevgi ilə qarşıladığı yazıçı Tatyana Tolstayanın “Sonya” pyesi ilə daxil olur. Tamaşanı “Yeni teatr reallığı” nominasiyasında Avropanın Ali Teatr mükafatının laureatı, məşhur latviyalı rejissor Alvis Hermanis səhnələşdirib.

M.A.P. Festivalı həmişəki kimi gənc aktyorlar, rejissorlar və dramaturqların biliklərini paylaşdığı və daha təcrübəli həmkarlarının təcrübəsindən öyrəndiyi təhsil platforması statusunu saxlayır. Festival proqramında onun qonaqlarının təqdimatı ilə çox sayda mühazirə və ustad sinifləri yer alacaq. Bu haqda daha ətraflı məlumatı tezliklə festivalın saytından əldə etmək olar.

Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil İnternet provayderi olan “Bakcell”, artıq üçüncü ildir ki, M.A.P. Festivalının baş sponsoru və əsas tərəfdaşıdır. “Bakcell” Azərbaycanda mədəniyyətin və incəsənətin inkişafına, gənc nəsil arasında mənəvi dəyərlərin təbliğinə töhfə vermək üçün əlindən gələni edir.

M.A.P. Festivalının açılışı festivalın keçirildiyi 3 il ərzində səhnələşdirilmiş bütün tamaşaların afişalarının sərgisi ilə müşayiət olunacaq. Beləliklə, “YARAT” Mərkəzinin qonaqları hələ tamaşaçı zalına daxil olmazdan öncə festivalın tarixinin ən parlaq anları ilə tanış olmaq imkanı əldə edəcək.

“Mənim üçün teatr həmişə öyrənməyə çalışdığım ecazkar bir məkan olub. Bura aktyor və tamaşaçının birlikdə yaşadığı, bir-birini dərindən hiss etdiyi və hər birinin öz yolunu seçdiyi yerdir. Bəzən mənim teatrım səhnədəki aktyorların sehrli qüvvələrini oyatmaq üçün ziddiyyətli və mübaliğəli ola bilər. Mənim üçün ideal teatr Yeji Qrotovski və Antonen Arto ənənələrində olan teatrdır. Mixail Çexovun və Yeji Qrotovskinin aktyor işinin psixofiziki prosesinin və onların daxili enerjiləri ilə işləmək qabiliyyətinin inkişaf etdirilməsinə yönəlmiş teatr sistemləri də mənə çox yaxındır. Sərhədsiz teatr – mən M.A.P. Festivalının konsepsiyasına bununla töhfə vermək istəyirəm. Bu, teatr körpüsünün köməyi ilə sərhədləri aradan qaldıran, mədəniyyətləri birləşdirən və bir-birini qarşılıqlı hiss edən insanları bir araya gətirən bir festivaldır.

Biz teatr istiqamətləri arasındakı sərhədləri silərək klounadadan və fiziki teatrdan opera, balet və audiovizual ifalara qədər ifa sənətinin bütün növlərini əhatə edən, fərqli parlaq rənglərdən ibarət festival palitrasını nümayiş etdirmək istəyirik. Bununla biz teatr aləminin müasir tendensiyalarını nəzərə alaraq Azərbaycan tamaşaçısını yeni ideyalarla təəccübləndirmək və onlara müxtəlif teatr növləri arasında seçim etmək imkanı vermək arzusundayıq. Festivalımızın əsas məqsədi – sizə sevimli teatr janrınızı seçmək imkanı verməkdir.

Məhz Bakı şəhəri öz gözəl infrastrukturu, çoxsaylı teatr və muzeyləri, park və bulvarları ilə festivalımızın baş qəhrəmanıdır.

Mən əminəm ki, teatr cəmiyyətin ruhu və güzgüsüdür. Mən “teatral millət” anlayışı ilə qəti şəkildə razı deyiləm. Teatr ümumbəşər hadisədir, sintetik dilə malikdir və hər xalqa xitab edir. Bizim teatr irsimizə gəldikdə isə bu, əsrlərin dərinliyinə uzanan köklərə malik ənənəvi meydan teatrıdır. Bu ənənələri hələ də Novruz bayramında yada salırıq.

Biz dünyaya opera sənətinin xüsusi istiqamətini – muğamı bəxş etmişik və bununla teatr aləminə öz töhfəmizi verib onu zənginləşdirmişik. Biz teatrı sevirik, onu anlayırıq. Teatra getməyimizlə və teatr həyatında iştirak etməyimizlə ona dəstək olmaq vaxtı gəlib çatıb. Siz teatrı sevə bilərsiniz, ona nifrət də edə bilərsiniz, lakin heç vaxt ona qarşı laqeyd qalmayın.

Mən bilik və təcrübəmi Azərbaycan tamaşaçı auditoriyası ilə paylaşmaq imkanını mənə qazandırdıqları üçün “YARAT” Müasir İncəsənət Məkanına və şəxsən Aida Mahmudovaya ürəkdən minnətdaram.

М.А.Р sizin teatr bayramınızdır. Xoş gəlmisiniz!”, - deyə М.А.Р. Festivalının bədii rəhbəri Kamran Şahmərdan bildirib.

“YARAT” Müasir İncəsənət Məkanı qeyri-kommersiya təşkilatı Aida Mahmudova tərəfindən 2011-ci ildə təsis edilib, Azərbaycanın paytaxtı Bakıda yerləşir. “YARAT” (“yaratmaq” mənasında) müasir incəsənət sahəsində fəaliyyət göstərir. Mərkəz üzərinə Qafqaz, Mərkəzi Asiya, habelə ətraf regionlarda incəsənət və təhsil-araşdırma fəaliyyəti sahəsində mərkəzin yaradılması ilə bağlı uzunmüddətli öhdəlik götürüb.

“YARAT” Müasir İncəsənət Mərkəzi, ARTIM Layihə Məkanı, “YARAT” Emalatxanaları, geniş təhsil və ictimai layihələri “YARAT” Müasir İncəsənət Məkanı İctimai Birliyinin tərkib hissələridir. “YARAT” İncəsənət Mərkəzi 2015-ci ilin mart ayında açılıb və təşkilatın əsas sərgi məkanı sayılır. Sovet dönəmində hərbi donanma qərargahı olmuş 2000 kvadratmetrlik ərazidə yerləşən “YARAT” Mərkəzi müasir incəsənətə və onun tədrisinə xidmət edən regional miqyaslı qovşaqdır. Sərgi proqramına regionumuzu təhlil edən rəssamların yeni əsərləri daxildir. Mərkəz tanınmış, beynəlxalq səviyyəli rəssamlarla əməkdaşlıq edərək onların sərgilərini nümayiş etdirir, Azərbaycanın müxtəlif regionlarından olan rəssamları da dəstəkləyir və onlara əsərlərini nümayiş etdirməyə imkan yaradır.

2015-ci ilin oktyabrında “YARAT” Bakıda, qədim İçərişəhərdə, açıq və dinamik məkan olan ARTIM Layihə Məkanını təsis etdi. ARTIM (“tərəqqi” mənasında) – açıq müsabiqə vasitəsilə seçilən, Azərbaycanın perspektivli incəsənət peşəkarları və rezidentura proqramında iştirak edən beynəlxalq rəssamların eksperimental təcrübələri və yeni əsərlərini nümayiş etdirir. İl ərzində ARTIM Layihə Məkanında bir çox fərqli miqyaslı layihələr və “ARTIM LAB” proqramı keçirilir. Bu proqram gənc rəssamların seminarlarda iştirak etməsinə, gündəlik emalatxana təcrübələrinə cəlb olunmasına, yeni ideyalar və əsərlər yaratmasına imkan verir.

Əsası 2016-cı ildə qoyulmuş “YARAT” Rezidentura Proqramı üç ay ərzində iştirakçılara regionla bağlı əsərlərini hazırlamağa və çoxsaylı yerli rəssamlar, kuratorlar və kolleksiyaçılar ilə dialoq aparmağa imkan yaradır. Rezidentura proqramında il ərzində 6 beynəlxalq və 4 yerli rəssam iştirak edir.

Yarandığı gündən təhsil layihələri “YARAT”-ın fəaliyyətlərinin əsas məqsədini təşkil edir. “YARAT” müxtəlif kurslar, seminarlar, mühazirələr, film nümayişləri, festivallar, ədəbiyyat və teatr klubları, habelə ailəvi həftə sonlarının daxil olduğu peşəkar ictimai proqramlar ilə, bütün yaş kateqoriyalarına aid geniş auditoriya ilə təmasda olmağa çalışır, ictimai proqramlar, həmçinin icmaların qurulmasını və müasir incəsənətin təbliğini fəal şəkildə həyata keçirir.

Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi “Bakcell” şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl 4G/LTE mobil internet xidməti göstərir.

“Bakcell” şirkətinin 4G şəbəkəsi artıq bütün Bakı və Abşeron ərazisi daxil olmaqla ölkənin 40-dan çox rayon və şəhər mərkəzlərində mobil operatorun abunəçilərinə ən üstün müştəri təcrübəsi təmin edir.

7500-dən çox baza stansiyası vasitəsilə “Bakcell” şəbəkəsi əhalinin 99 faizini, ölkə ərazisinin isə 93 faizini (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. Mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan “P3 Communications” şirkəti tərəfindən “Bakcell” şirkəti Azərbaycanda sınaq nəticələrinə görə, ən yaxşı şəbəkə adına layiq görülüb (“Best in Test”). 2018-ci ildə şirkət “Azərbaycanın ən sürətli mobil şəbəkəsi” adına layiq görülüb. Bu mükafat bütün dünyada tanınmış “Ookla” şirkəti tərəfindən “Bakcell”ə Azərbaycan Respublikası ərazisində ən sürətli mobil internet xidmətlərinin göstərilməsinə görə təqdim edilib.

Festivala ümumilikdə 14 teatr dəvət edilib - Y.L.Vaxtanqov adına Dövlət Akademik Teatr (Rusiya); “AXE” Mühəndis Teatrı (Rusiya); “Priyut komedianta” Teatrı (Rusiya); “Kukla evi” Teatrı (Rusiya); Yeni Riqa Teatrı (Latviya); Akademik Malıy Dram Teatrı – Avropa Teatrı (Rusiya); Devid Espinoza Kukla Teatrı (İspaniya); “OLE!” kollektivi (İspaniya / Böyük Britaniya); “WHS” Teatrı (Finlandiya); “Kibbutz” Müasir Rəqs Şirkəti (İsrail); “Sardegna” Teatrı (İtaliya); “Atelye” Teatrı (Rusiya); “Puppet Cinema” kollektivi (İsrail); “Recirquel” Şirkəti (Macarıstan).

Festival 7 teatr səhnəsində baş tutacaq - Azərbaycan Dövlət Akademik Musiqili Teatrı; Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı; “ÜNS” Yaradıcılıq Səhnəsi; “YARAT” Müasir İncəsənət Mərkəzi; Azərbaycan Dövlət Kukla Teatrı; Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı; Bakı Musiqi Akademiyası nəzdində Opera Studiyası.

Biletləri şəhərin bütün kassalarından və “Asan xidmət” mərkəzlərindən əldə etmək olar.

Festival haqqında məlumat: (+99455) 205-05-45, “[email protected]www.mapfestival.az 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

OLED-displeyləri ilə təchiz edilmiş ilk bank kartı təqdim olunub

Koronavirus infeksiyasının müalicəsi üçün yeni molekul yaradılıb

Bərənin Neapol limanının körpüsünə çırpılması nəticəsində 30-a yaxın insan yaralanıb

Çexiyanın dövlət borcu 136 milyard dollara yüksəlib

ABŞ İsrailə 1 milyard dollarlıq mərmi tədarükü imkanını araşdırır

G7 ölkələri Ukraynanın hava hücumundan müdafiəsini gücləndirəcəklər

Haiti Fransadan milyardlarla ölçülən təzminat tələb edir

Niderland Ukraynaya hərbi yardım göstərmək üçün 200 milyon avrodan çox vəsait ayıracaq

ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb

Superliqa: "Beşiktaş" doğma meydanda qalib gəlib

Bakı Kitab Mərkəzində “Azərbaycan İrəvanı” sənədli filmi təqdim olunub

“Bloomberg”: Almaniya yeni “Patriot” batareyaları almağı düşünür

Beynəlxalq Bərpa Olunan Enerji Mənbələri Agentliyinin Assambleyasının 14-cü sessiyası başa çatıb

Stoltenberq: NATO-nun müdafiə nazirləri Ukraynaya daha çox hərbi dəstək verməyə razılaşıblar

Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir

BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib

ADAU-da keçirilən fakültələrarası futbol turniri yekunlaşıb

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub

Sərnişin ehtiyatsızlıq səbəbindən metronun stansiya yoluna düşüb

İstanbulda torpaq sürüşməsi baş verib

Cenevrədə keçiriləcək “Türk həftəsi”ndə türkdilli dövlətlərin mədəni irsi tanıdılacaq

Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb

Faktiki hava: Xınalığa dolu düşüb

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qazax, Ağstafa və Tovuz sakinlərinin uşaq hüquqları ilə bağlı müraciətlərinə baxılıb

Lavrov: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır, lakin danışıqlar müddətində hərbi əməliyyatlara ara verməyəcək