İQTİSADİYYAT


® “Bakcell” tərəfindən qazi və şəhid övladları üçün kurslar təşkil olunub

 

“Bakcell” şirkətinin şəhid və qazi övladları üçün təşkil etdiyi ödənişsiz ingilis dili kursları başa çatıb. “You Will Speak” təşkilatı ilə birlikdə həyata keçirilən layihədə müxtəlif bölgələrdən 50 uşaq iştirak edib. Səkkiz ay müddətində onlayn keçirilən ingilis dili kurslarının sonunda uşaqların ingilis dili bilikləri qiymətləndirilib.

“Bakcell” şirkəti uşaqların inkişafını və təhsilini dəstəkləyən bir çox sosial məsuliyyət layihələri həyata keçirir.

Şirkətin İctimaiyyətlə Əlaqələr və Korporativ Kommunikasiya departamentindən bildirilib: “Müharibədən əziyyət çəkən uşaqlara qayğı və diqqət bizim Korporativ Sosial Məsuliyyət proqramımızın əsas istiqamətlərindən birini təşkil edir. “Bakcell” şirkəti bu sahədə bir neçə layihə həyata keçirir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.