İQTİSADİYYAT
® “Bakcell” və “Premium Bank” arasında əməkdaşlıq memorandumu imzalanıb
Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi “Bakcell” şirkəti və ölkənin ən nüfuzlu banklardan biri olan “Premium Bank” arasında əməkdaşlıq memorandumu imzalanıb.
Maliyyə və bank sektorunda “Bakcell”in ən böyük korporativ abunəçilərindən biri olan “Premium Bank”la imzalanmış sənəd tərəflər arasında əməkdaşlığın genişləndirilməsi məqsədilə qarşılıqlı fəaliyyətin təşkili və müxtəlif sahələrdə birgə layihələrin icra edilməsini nəzərdə tutur.
“Bakcell” şirkətinin baş icraçı direktoru Nikolai Beckers və “Premium Bank”ın Müşahidə Şurasının sədri Elçin Əhmədov tərəfindən imzalanan əməkdaşlıq memorandumu çərçivəsində tərəflər telekommunikasiya və bank sahəsində birgə məhsul, xidmətərin təqdim olunması imkanlarını müzakirə ediblər.
“Bakcell” şirkəti hazırda müxtəlif sahələri təmsil edən 3500-dən çox korporativ müştəriyə xidmət edir. “Bakcell” ölkə iqtisadiyyatının bir çox sektoru üzrə ən böyük korporativ telekommunikasiya xidmətlərinin təminatçısıdır. Şirkət Azərbaycanda fəaliyyət göstərən yerli və beynəlxalq şirkətləri ən yüksək keyfiyyətli telekommunikasiya həlləri ilə təmin edir. “Bakcell”in peşəkar komandası şirkətlərə, dövlət qurumlarına və digər təşkilatlara mobil telekommunikasiya sahəsində istənilən növ xidməti göstərməyə hazırdır. “Bakcell” özünün korporativ abunəçilərinə təhlükəsiz və etibarlı rabitə təqdim etməklə daha effektiv fəaliyyət göstərməkdə, müştəriləri ilə əməkdaşlıq və sıx ünsiyyət qurmaqda onlara dəstək göstərməklə ölkə iqtisadiyyatının və ümumi biznes sektorunun inkişafına töhfə verir.
Şirkət müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. “Bakcell” öz abunəçilərinə ən mükəmməl 4G/LTE mobil internet xidməti göstərir.
“Bakcell” şirkətinin 4G şəbəkəsi artıq bütün Bakı və Abşeron ərazisi daxil olmaqla ölkənin 40-dan çox rayon və şəhər mərkəzlərində mobil operatorun abunəçilərinə ən üstün müştəri təcrübəsi təmin edir.
7000-dən çox baza stansiyası vasitəsilə “Bakcell” şəbəkəsi əhalinin 99 faizini, ölkə ərazisinin isə 93 faizini (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. Mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan “P3 Communications” şirkəti tərəfindən “Bakcell” şirkəti Azərbaycanda sınaq nəticələrinə görə, ən yaxşı şəbəkə adına layiq görülüb (“Best in Test”). 2018-ci ildə şirkət “Azərbaycanın ən sürətli mobil şəbəkəsi” adına layiq görülüb. Bu mükafat bütün dünyada tanınmış “Ookla” şirkəti tərəfindən “Bakcell”ə Azərbaycan Respublikası ərazisində ən sürətli mobil internet xidmətlərinin göstərilməsinə görə təqdim edilib.
“Bakcell” və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya ingilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 012 498 89 89 nömrəsinə zəng etməklə “Bakcell”in məhsul və xidmətləri haqqında məlumat əldə edə bilərlər.