İQTİSADİYYAT


® “Bakcell”dən 20 GB + gecədən səhərə limitsiz internet

“Bakcell” öz abunəçilərinin böyük həcmdə internet trafikinə artan tələbatını ödəmək məqsədilə yeni internet paketini istifadəyə verib. 

Yeni “20 GB + gecədən səhərə limitsiz internet” paketini cəmi 25 manata əldə edən “Bakcell” abunəçiləri 20 GB trafiklə yanaşı, gecə saat 01:00-dan səhər 10:00-dək tamamilə limitsiz internetdən yararlanacaqlar. Bundan əlavə, paketin aktivləşdirildiyi gündən başlayaraq 30 gün ərzində paketin əsas trafik həcmi (20 GB) bitsə belə, internet istifadəsi gecə və səhərlər limitsiz qalacaq.

“20 GB + gecədən səhərə limitsiz internet” paketini *444*20# YES kodu vasitəsilə, eyni zamanda, mobil nömrənin balansına və trafik qalığına daha rahat şəkildə nəzarət imkanı verən “Mənim Bakcellim” tətbiqetməsinin müvafiq bölməsinə daxil olaraq aktivləşdirmək mümkündür.

Bu unikal fürsət barədə daha ətraflı məlumatı “Mənim Bakcellim” tətbiqetməsində və ya “https://www.bakcell.com/az/unlimited-nights-morning-internet-bundle” səhifəsində əldə etmək olar.

“Bakcell” şirkəti məhsul və xidmətlərinin keyfiyyətini müntəzəm qaydada artırmaqla abunəçilərinə daha yaxşı müştəri təcrübəsi təqdim edəcək. Bunun üçün Azərbaycanın ən sürətli mobil şəbəkəsinin bütün texniki imkanları mövcuddur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.