İQTİSADİYYAT


® “Bakcell”dən Azərbaycanın ən sürətli mobil şəbəkəsində 50 GB trafiki cəmi 30 manata

Abunəçilərin irihəcmli internet trafikinə olan tələbatını ödəmək məqsədilə “Bakcell” şirkəti cəmi 30 manata yeni 50 GB internet paketini təqdim edir. 

Bu təklif sayəsində “Bakcell” öz abunəçilərinə Azərbaycanın ən üstün və ən sürətli mobil şəbəkəsinin tam potensialından istifadə etmək imkanı qazandırır. İrihəcmli internet paketi yüksəkkeyfiyyətli videokontentə baxmaq və ya yükləmək, sosial media və əyləncə proqramlarına ani giriş edə bilmək, HD keyfiyyətində canlı yayımlanan idman və musiqi verilişlərinə baxmaq və yeni nəsil mürəkkəb mobil tətbiqetmələrdən istifadə etmək istəyən abunəçilər üçün çox əlverişlidir.

“Müasir müştəri təcrübəsi daha sürətli və keyfiyyətli mobil internet bağlantısı, eləcə da daha böyük trafik həcmi tələb edir. Biz abunəçilərimizə bütün ölkə ərazisində videoyayım xidmətləri, sosial şəbəkələr və digər yüksəkkeyfiyyətli kontentlə yanaşı, ən müasir telekommunikasiya xidmətlərindən istifadə imkanı təqdim etməkdən məmnunuq. Azərbaycanın ən üstün mobil şəbəkəsi ilə yanaşı, üstün müştəri təcrübəsini təmin etmək məqsədilə təklif etdiyimiz xidmət və məhsulların təkmilləşdirilməsini davam etdirəcəyik”, - deyə “Bakcell” şirkətinin baş kommersiya direktoru Reinhard Zuba bildirib.

50 GB internet paketini “Mənim Bakcellim” tətbiqetməsi vasitəsilə və ya xüsusi kodu yığmaqla əldə etmək olar. Daha ətraflı məlumat üçün https://www.bakcell.com/az/50gb-bundle səhifəsini ziyarət edin.

“Bakcell” şirkəti məhsul və xidmətlərinin keyfiyyətini müntəzəm qaydada artırmaqla abunəçilərinə daha yaxşı müştəri təcrübəsi təqdim edəcək. Ölkədə ən geniş əhatə dairəsinə malik olan, tanınmış “OOKLA” şirkəti tərəfindən ardıcıl olaraq 3 dəfə “Azərbaycanın ən sürətli mobil şəbəkəsi” adına layiq görülmüş “Bakcell” şəbəkəsi bunun üçün bütün texniki imkanları təmin edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.