İQTİSADİYYAT


® “Bakcell”dən “Instagram” istifadəçiləri üçün maraqlı müsabiqə

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” şirkəti sosial şəbəkələrdən aktiv istifadə edən abunəçiləri üçün maraqlı müsabiqə keçirib.

İyunun 27-də start götürən müsabiqədə iştirak etmək üçün “Bakcell”i “Instagram”da izləyən abunəçilər kreativ şəkil çəkərək, onu maraqlı stikerlərlə bəzəməli və üzərinə #BakcellileDaimOnline həştəqi olan şəkili özünün “Instagram” profilindən açıq şəkildə paylaşmalı idilər. Müsabiqədə iştirak etmiş yüzlərlə abunəçidən əsas hədiyyənin qalibi və 2-ci yeri tutmuş 50 nəfər iştirakçı təsadüfi qaydada müəyyən edilib.

1-ci yerin qalibi “Bakcell”dən “Samsung Galaxy S9” smartfonu qazanıb. Digər qaliblər isə “28 Mall”da yerləşən “Cinemaplus” kinoteatrında eksklüziv təşkil olunmuş “Qarışqa adam və arı” filminin qapalı seansına dəvət olunublar.

Qeyd edək ki, müsabiqə “Bakcell”in yeni “DaimOnline” tarifinin tanıdılması məqsədilə həyata keçirilib. Gənclərin daha çox sosial şəbəkələr və mesajlaşma tətbiqetmələrindən istifadə etməyə üstünlük verməsini nəzərə alaraq, “Bakcell” şirkəti bir müddət əvvəl yeni “DaimOnline” paketlərini təqdim edib. Üç variantda və müvafiq olaraq 6, 10 və 20 manat aylıq abunə haqqı ilə təklif olunan yeni tarif paketləri sayəsində istifadəçilər limitsiz “WhatsApp”, “Facebook” və “Instagram” istifadəsi ilə yanaşı, giqabaytlarla internet və bol-bol şəbəkədaxili dəqiqələrdən yararlana bilirlər.

“Bakcell” şirkətinin yeni “DaimOnline” tarifləri və digər sərfəli və innovativ təkliflər barədə daha ətraflı məlumatı “www.bakcell.com” səhifəsindən almaq olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.