İQTİSADİYYAT
® “Bakcell”dən gənclərin məşğulluğunun artırılmasına növbəti töhfə
Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi “Bakcell” şirkəti “ASAN Kadr” Karyera Mərkəzinin 2-ci Karyera sərgisində iştirak edib.
Bakı Ali Neft Məktəbində keçirilmiş sərgidə ümumilikdə 80-dən çox müəssisə təmsil olunub. Karyera sərgisinin əsas məqsədi “ASAN könüllü”sü olmuş, o cümlədən savadlı, bacarıqlı, təcrübəli və iş potensialı ilə fərqlənən gənclərin məşğulluq imkanlarını artırmaq, vətəndaşların işlə təmin olunmalarına dəstək göstərmək, habelə müəssisələrin mövcud iş vakansiyaları haqqında məlumat vermələri üçün şərait yaratmaqdır.
Sərgi zamanı gənclərə “Bakcell” şirkətində mövcud olan vakansiya və təcrübə imkanları barədə məlumat verilib və potensial namizədlərlə müsahibələr keçirilib.
Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından olan “Bakcell” gənclərin təhsilinin və karyerasının inkişafına mütəmadi olaraq dəstək göstərir. Şirkət mütəmadi olaraq müxtəlif təhsil müəssisələri, müvafiq dövlət strukturları və digər təşkilatlar tərəfindən təşkil olunan karyera sərgilərində fəal iştirak edir. Müsahibədən uğurla keçən gənclər ölkənin ən böyük və ən innovativ şirkətlərindən birində iş və ya təcrübə imkanı qazanır.
“Bakcell” müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl 4G/LTE mobil internet xidməti göstərir. “Bakcell”in 4G şəbəkəsi artıq bütün Bakı və Abşeron ərazisi daxil olmaqla ölkənin 40-dan çox rayon və şəhər mərkəzlərində mobil operatorun abunəçilərinə ən üstün müştəri təcrübəsi təmin edir. 7000-dən çox baza stansiyası vasitəsilə “Bakcell” şəbəkəsi əhalinin 99 faizini, ölkə ərazisinin isə 93 faizini (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. Mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan “P3 Communications” şirkəti tərəfindən “Bakcell” Azərbaycanda sınaq nəticələrinə görə, ən yaxşı şəbəkə adına layiq görülüb (“Best in Test”). 2018-ci ildə şirkət “Azərbaycanın ən sürətli mobil şəbəkəsi” adına layiq görülüb. Bu mükafat bütün dünyada tanınmış “Ookla” şirkəti tərəfindən “Bakcell”ə Azərbaycan ərazisində ən sürətli mobil internet xidmətlərinin göstərilməsinə görə təqdim edilib.
“Bakcell” və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya ingilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 012 498 89 89 nömrəsinə zəng etməklə “Bakcell”in məhsul və xidmətləri haqqında məlumat əldə edə bilərlər.