İQTİSADİYYAT
® “Bakcell”dən möhtəşəm Yeni İl hədiyyəsi: 20 giqabayta qədər pulsuz internet
Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi “Bakcell” şirkəti qarşıdan gələn Yeni İl münasibətilə öz abunəçilərini xüsusi kampaniya ilə sevindirir. Yeni kampaniyanın şərtlərinə əsasən, 1 GB və daha irihəcmli İnternet paketini əldə edən hər bir “Bakcell” abunəçisinə eyni həcmdə pulsuz 4G trafik hədiyyə olunacaq.
Dekabrın 5-dən 2019-cu il yanvarın 31-dək keçiriləcək kampaniya sayəsində abunəçilər 20 giqabayta qədər pulsuz 4G internet əldə edə biləcəklər. Kampaniya “Bakcell”in 1 GB-dən 20 GB-dək həcmində olan sərfəli internet paketlərin geniş çeşidinə şamil edilir.
Kampaniyada iştirak edib “Bakcell”dən xüsusi Yeni İl hədiyyəsi almaq üçün, abunəçilər sadəcə kampaniya ilə əhatə olunmuş internet paketlərinin birini (1 GB, 1.5 GB, 3 GB, 5 GB, 10 GB, 20 GB) əldə etməlidir. Pulsuz 4G internet trafiki dərhal onların istifadə etdiyi nömrənin balansına yükləniləcək.
Həmçinin qeyd etmək lazımdır ki, kampaniya müddətində “Bakcell” abunəçiləri yaşadıqları əraziyə yaxın olan “Bakcell” Müştəri Xidməti Mərkəzinə və ya “Bakcell”in diler dükanına yaxınlaşıb öz köhnə SİM kartını yeni 4G SİM-kartı ilə pulsuz dəyişə bilərlər.
Pulsuz internet yalnız “Bakcell” şirkətinin 4G şəbəkəsində 30 gün ərzində istifadə oluna bilər. Həmin müddət ərzində abunəçilər ölkənin ən sürətli və ən geniş 4G/LTE şəbəkəsinin üstünlüklərindən yararlana biləcək. “Bakcell” şirkətinin qurduğu ən müasir 4G şəbəkəsi abunəçilərə öz smatrfonlarının ən maraqlı funksiyalarından tam şəkildə istifadə imkanı verir. Bu isə o deməkdir ki, sözügedən texnologiya sayəsində “Bakcell” abunəçiləri yüksək həllolma əmsalı ilə 4K kontentini izləmək və yükləmək, əyləncə proqramlarına ani giriş əldə etmək, HD keyfiyyətində onlayn video izləmək, canlı konsert və idman proqramlarına baxmaq və mürəkkəb yeni nəsil mobil tətbiqetmələrindən istifadə edə bilirlər.
“Bakcell”in 4G şəbəkəsi 1700 baza stansiyası ilə Azərbaycanın 40-dan çox rayon və şəhər mərkəzlərində mobil operatorun abunəçilərinə ən üstün müştəri təcrübəsi təmin edir.
Qeyd edək ki, 2018-ci ildə şirkət “Azərbaycanın ən sürətli mobil şəbəkəsi” adına layiq görülüb. Bu mükafat bütün dünyada tanınmış “Ookla” şirkəti tərəfindən “Bakcell”ə Azərbaycan Respublikası ərazisində ən sürətli mobil internet xidmətlərinin göstərilməsinə görə təqdim edilib.
“Bakcell” şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl 4G/LTE mobil internet xidməti göstərir.
7000-dən artıq baza stansiyası vasitəsilə “Bakcell” şəbəkəsi əhalinin 99 faizini, ölkə ərazisinin isə 93 faizini (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir.
“Bakcell” və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, “www.bakcell.com” internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün “www.bakcell.com/az/news” (və ya ingilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-“Bakcell” abunəçiləri isə (012) 498-89-89 nömrəsinə zəng etməklə “Bakcell”in məhsul və xidmətləri haqqında məlumat əldə edə bilərlər.