İQTİSADİYYAT


® “Bakcell”dən universitet tələbələri üçün maraqlı aksiya

Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi olan “Bakcell” şirkəti özünün yeni “DaimOnline” tarif paketlərini abunəçilərinə tanıtmaq məqsədilə universitet tələbələri üçün maraqlı aksiya təşkil edib.

Belə ki, noyabrın 28-30-da keçirilmiş aksiya çərçivəsində “Bakcell” Azərbaycan Tibb Universitetində xüsusi “DaimOnline” stendi quraraq universitet tələbələrinə “Green Box”, “Insta Print” və digər maraqlı oyunlar və əyləncələrdə iştirak edib müxtəlif hədiyyələrə sahib olmaq imkanı verib. Stenddə təşkil edilmiş maraqlı aksiyada iştirak etmiş yüzlərlə tələbə, həmçinin yeni “DaimOnline” tarif paketləri barədə ətraflı məlumat əldə ediblər.

Qeyd edək ki, bu kimi aksiyaların ölkəmizin digər universitetlərinin tələbələri üçün də təşkili planlaşdırılır.

Gənclərin daha çox sosial şəbəkələr və mesajlaşma tətbiqetmələrindən istifadə etməyə üstünlük verdiyini nəzərə alaraq, “Bakcell” şirkəti bir müddət əvvəl yeni “DaimOnline” paketlərini təqdim edib. Üç variantda və müvafiq olaraq 6, 10 və 20 manat aylıq abunə haqqı ilə təklif olunan yeni tarif paketləri sayəsində istifadəçilər limitsiz “WhatsApp”, “Facebook” və “Instagram” istifadəsi ilə yanaşı qiqabaytlarla internet və bol-bol şəbəkədaxili dəqiqələrdən yararlana bilirlər. Limitsiz “WhatsApp”, “Facebook” və “Instagram” imkanı təqdim edən yeni “DaimOnline” tarif paketlərini istifadəyə verməklə, “Bakcell” gənc abunəçiləri limitsiz ünsiyyət üçün tam sərbəstliklə təmin edib. Bu yeni tariflər sayəsində gənclər daim onlayn olmaq imkanı əldə ediblər.

İnnovasiyalar sahəsində özünü doğrultmuş lider olan “Bakcell” müasir rabitə xidmətləri istifadəçilərinə yenilənmiş, rahat və yenilikçi tariflər, məhsullar və xidmətləri təklif etməyə davam edəcək.

“Bakcell” şirkətinin yeni “DaimOnline” tarifləri və digər sərfəli və innovativ təkliflər barədə daha ətraflı məlumat almaq üçün “www.bakcell.com” səhifəsinə və yaxud “Bakcell”in rəsmi “Instagram” və “Facebook” səhifələrinə daxil olun.

“Bakcell” şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl 4G/LTE mobil internet xidməti göstərir.

“Bakcell” şirkətinin 4G şəbəkəsi artıq bütün Bakı və Abşeron ərazisi daxil olmaqla ölkənin 40-dan çox rayon və şəhər mərkəzlərində mobil operatorun abunəçilərinə ən üstün müştəri təcrübəsi təmin edir.

7000-dən artıq baza stansiyası vasitəsilə “Bakcell” şəbəkəsi əhalinin 99 faizini, ölkə ərazisinin isə 93 faizini (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. Mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan “P3 Communications” şirkəti tərəfindən “Bakcell” şirkəti Azərbaycanda sınaq nəticələrinə görə, ən yaxşı şəbəkə adına layiq görülüb (“Best in Test”). 2018-ci ildə şirkət “Azərbaycanın ən sürətli mobil şəbəkəsi” adına layiq görülüb. Bu mükafat bütün dünyada tanınmış “Ookla” şirkəti tərəfindən “Bakcell”ə Azərbaycan Respublikası ərazisində ən sürətli mobil internet xidmətlərinin göstərilməsinə görə təqdim edilib.

“Bakcell” və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, “www.bakcell.com” internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün “www.bakcell.com/az/news” (və ya ingilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-“Bakcell” abunəçiləri isə (012) 498-89-89 nömrəsinə zəng etməklə “Bakcell”in məhsul və xidmətləri haqqında məlumat əldə edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.