İQTİSADİYYAT


® “Bakcell”in 4G şəbəkəsi: Rahatlıq, ultra-yüksək sürət və üstün keyfiyyətli müştəri təcrübəsi

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” şirkəti abunəçilərinə ən yaxşı müştəri təcrübəsini təmin etmək üçün ən qabaqcıl və müasir texnologiyalardan istifadə edir.

4G nədir?

Sadə dildə desək, 4G texnologiyası mobil cihaz vasitəsilə həyata keçirilən yükləmə, videozəng, mobil televiziya və ya sosial şəbəkələrdən istifadə kimi əməliyyatların sürətini əhəmiyyətli dərəcədə yüksəltmək üçün yaradılmış dördüncü nəsil simsiz məlumat-ötürmə şəbəkəsidir. Siz yəqin ki, 3G texnologiyasını dəstəkləyən mobil telefonlar vasitəsilə mobil internetdən bir neçə müddətdir istifadə edirsiniz. Lakin 4G əsasən daha sürətli, rahat və sabit texnologiyadır. “Bakcell” şirkətinin qurduğu ən müasir 4G şəbəkəsi abunəçilərə öz smartfonlarının ən maraqlı funksiyalarından tam şəkildə yararlanmaq imkanı verir. İnternetdə saytları açmaqdan tutmuş, filmlərin yüklənməsi, telefonda istifadə olunan proqramların yenilənməsi və hətta canlı video efirlərin təşkilinə qədər hər bir əməliyyat 4G şəbəkəsi ilə əvvəlkindən inanılmaz dərəcə sürətlidir.

“Bakcell”in 4G şəbəkəsinin əsas üstünlükləri nədir?

Daha sürətli və keyfiyyətli mobil internet müasir müştəri təcrübəsinin əsas tələbləridir. 2015-ci ildə “Bakcell” şirkəti özünün 4G şəbəkəsində ən son texnoloji yenilik olan “LTE Advanced Carrier Aggregation” (tezlik daşıyıcılarının birləşməsi) texnologiyasını tətbiqi sayəsində saniyədə 225 meqabitədək olan sürətin dəstəklənməsini təmin edib. Bu gün “Bakcell” şəbəkəsi dünya üzrə tezlik daşıyıcılarının birləşməsi ilə Kateqoriya 6 “LTE-Advanced” texnologiyası üzərindən fəaliyyət göstərən nadir şəbəkələrdən biridir. Bu isə o deməkdir ki, həmin texnologiya sayəsində “Bakcell” abunəçiləri yüksək həllolma əmsalı ilə 4K kontentini izləmək və yükləmək, əyləncə proqramlarına ani giriş əldə etmək, HD keyfiyyətində onlayn video izləmək, canlı konsert və idman proqramlarına baxmaq və mürəkkəb yeni nəsil mobil biznes tətbiqetmələrindən istifadə etmək imkanına malikdirlər.

4G şəbəkəsinə keçid çox asandır, əhatə dairəsi isə gündən günə artır

“Bakcell”in 4G şəbəkəsindən istifadə edib hədsiz imkanlardan yararlanmaq üçün sadəcə smartfonunuzun menyusundan 4G/LTE şəbəkəsini seçmək kifayətdir. Bunun üçün cihazınız və SİM-kartınız həmin şəbəkəni dəstəkləməlidir. “Bakcell” şirkətinin 4G xidməti artıq bütün Bakı və Abşeron ərazisi və Gəncə şəhəri, Quba, Qusar, Xaçmaz, Şəki, Zaqatala, Qəbələ, Lənkəran, Mingəçevir, Şəmkir, Şirvan, Siyəzən rayonları daxil olmaqla ölkənin 30-dan çox rayon və şəhər mərkəzlərində mobil operatorun abunəçilərinə ən üstün müştəri təcrübəsi təmin edir. Şirkətin 2018-ci ilin ilk yarısında ölkə ərazisində quraşdırdığı 400-ə yaxın yeni baza stansiyasının 300-dən çoxu 4G-ni dəstəkləyir. Həmçinin qeyd edək ki, “Bakcell” Bakı metrosunda 4G xidmətini istifadəyə verən ilk mobil operatordur.

7000-dən artıq baza stansiyası vasitəsilə “Bakcell” şəbəkəsi əhalinin 99 faizini, ölkə ərazisinin isə 93 faizini (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. Mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan “P3 Communications” şirkəti tərəfindən “Bakcell” şirkəti Azərbaycanda sınaq nəticələrinə görə, ən yaxşı şəbəkə adına layiq görülüb (“Best in Test”).

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.