İQTİSADİYYAT


® “Bakcell”in dəstəyi ilə yaradılmış startap təlim və kurs axtarışını asanlaşdırır

Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi “Bakcell” şirkəti yerli startaplara dəstək göstərməyə və özünün “AppLab” inkubasiya proqramı vasitəsilə innovasiyaları insanların gündəlik həyatına gətirməyə davam edir.

“AppLab” tərəfindən dəstəklənən layihələrin bir çoxu uğur qazana bilib, maraqlı və unikal məhsulların yaradılmasına nail olub. Belə startaplardan biri olan “Bilik.al” insanlara müxtəlif sahələr üzrə təlim və kurslar tapmağa kömək edən internet səhifəsidir. Bu səhifə sayəsində istifadəçilər “PHP proqramlaşdırma dilini harada öyrənmək olar?”, “ən yaxşı yoqa müəllimi kimdir?” və yaxud “futbol məktəbini harada tapmaq olar?” kimi suallara asan şəkildə cavab tapa bilirlər. Sözügedən platforma IT sahəsindən tutmuş kulinariyaya qədər bir çox sahəni əhatə edən seçilmiş kateqoriyalar üzrə sürətli axtarış imkanını verir. İnternet səhifəsinin mobil versiyası da mövcuddur ki, bu da istifadəçilərə istənilən kursu mobil telefon və planşetlərində rahatlıqla tapmaq imkanı verir. Kurslar və təlimlər haqqında məlumatın sayta yerləşdirilməsi tamamilə pulsuzdur. Gələcəkdə “bilik.al” komandası iOS və Android üzərində işləyən cihazlar üçün mobil tətbiqetmə yaratmağı da planlaşdırır.

“Bilik.al” layihəsinin əsas məqsədi şəxsi və peşəkar inkişaf üçün müvafiq kurs və təlim tapıb uğur qazanmaqda insanlara kömək etməkdir. Cəmi 5 ay ərzində kurs və təlimlərin təşkili ilə məşğul olan 40-dan çox şirkətlə əməkdaşlıq qurulub və hazırda saytımızda aktiv istifadəçi sayı 5 mini ötür. İnanırıq ki, bu layihə istənilən kursu asanlıqla tapmaq üçün ən əlverişli resurs olmaqla gənclərin uğur qazanmaq üçün inkişaf etmək imkanlarını artıracaq. Layihəni reallaşdırmaqda göstərdikləri böyük dəstək və məsləhətlərə görə “Bakcell” şirkətinə və “AppLab” mərkəzinə minnətdarıq”, - deyə “bilik.al” layihəsinin təsisçilərindən biri Cavid Abbasov bildirib.

“AppLab” proqramının fəaliyyətə başladığı 2014-cü ildən bəri müxtəlif avadanlıq və proqram təminatlarının tərtibi ilə məşğul olan yerli startaplar və developerlər öz ideyalarını həyata keçirmək üçün “Bakcell”dən dəstək alırlar. İştirakçılar müvafiq təlimlərlə yanaşı, şirkətin “AppLab” Mərkəzində təqdim olunan pulsuz internet, masa və təlim otaqları ilə yanaşı üzərində işlədikləri proqram təminatı və cihazların inkişaf etdirilməsi və sınaqlardan keçirilməsi üçün tələb olunan ən son avadanlıqlardan yararlanmaq imkanına malikdirlər. “AppLab” Mərkəzinin dəstəyi ilə Azərbaycanın gənc mütəxəssisləri tərəfindən yaradılmış layihələrin bəziləri artıq Android və iOS əməliyyat sistemi ilə işləyən cihazlara yüklənə bilər.

İnnovasiya sahəsində lider olan “Bakcell” öz innovativ ideyalarını həyata keçirmək üçün gənclərə lazımi şərait yaratmağa və dəstək göstərməyə həmişə hazırdır.

“Bakcell” şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl 4G/LTE mobil internet xidməti göstərir.

“Bakcell” şirkətinin 4G şəbəkəsi artıq bütün Bakı və Abşeron ərazisi daxil olmaqla ölkənin 40-dan çox rayon və şəhər mərkəzlərində mobil operatorun abunəçilərinə ən üstün müştəri təcrübəsi təmin edir.

7000-dən artıq baza stansiyası vasitəsilə “Bakcell” şəbəkəsi əhalinin 99 faizini, ölkə ərazisinin isə 93 faizini (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. Mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan “P3 Communications” şirkəti tərəfindən “Bakcell” şirkəti Azərbaycanda sınaq nəticələrinə görə, ən yaxşı şəbəkə adına layiq görülüb (“Best in Test”). 2018-ci ildə şirkət “Azərbaycanın ən sürətli mobil şəbəkəsi” adına da layiq görülüb. Bu mükafat bütün dünyada tanınmış “Ookla” şirkəti tərəfindən “Bakcell”ə Azərbaycan Respublikası ərazisində ən sürətli mobil internet xidmətlərinin göstərilməsinə görə təqdim edilib.

“Bakcell” və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün “www.bakcell.com” internet səhifəsinə daxil olmaq və ya “555”ə zəng etmək olar. Press-relizlərlə tanış olmaq üçün “www.bakcell.com/az/news” (və ya ingilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olmaq mümkündür.

Qeyri-Bakcell abunəçiləri isə (012) 498-89-89 nömrəsinə zəng etməklə “Bakcell”in məhsul və xidmətləri haqqında məlumat əldə edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.