İQTİSADİYYAT


® “Bakcell”in rouminq xidmətindən istifadə daha da asanlaşıb

Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi “Bakcell” şirkəti özünün rouminq xidmətlərindən istifadəni daha da əlçatan edib. Belə ki, yeni istifadəyə verilmiş USSD funksionallığı sayəsində abunəçilər “Bakcell”in bütün rouminq təklifləri barədə məlumat almaq və tələblərinə tam şəkildə cavab verən sərfəli paketlərdən birini seçmək imkanına malikdirlər. 

Mobil telefonlarında *125#YES kodunu yığmaqla, abunəçilər çox sadə və rahat USSD menyusuna giriş əldə edib, “Bakcell”in təklif etdiyi paketlərin birini seçə və mövcud rouminq paketinin balansını yoxlaya biləcəklər.

Qeyd edək ki, yeni USSD funksionallığı internetdən istifadəni tələb etmir və tam olaraq pulsuz təqdim olunur.

Bu il “Bakcell” şirkəti rouminq xidmətlərini daha sərfəli etmək məqsədilə yeni rouminq paketlərini təqdim edib. “Bakcell”in yeni “Rouminqdə İnternet” paketləri səyahət zamanı internetdən çox istifadə edən müştərilərin ürəyincə olacaq. 40-dan çox ölkədə təqdim olunan bu paketlər sayəsində Wi-Fi axtarmağa və ya yerli operatorun SİM kartını almağa ehtiyac yoxdur. Bundan əlavə, “Rouminqdə İnternet” paketlərin istifadəçiləri “WhatsApp”dan tam olaraq pulsuz istifadə edirlər (mətn və zənglər üçün). “Bakcell”in yeni gündəlik, həftəlik və aylıq “Rouminqdə hamısı daxil” paketləri isə xaricdə olarkən bol meqabaytlar, çoxlu dəqiqə və SMS-lər sayəsində sərfəli qiymətə tam ünsiyyət sərbəstliyini təmin edir.

Həmçinin xatırladaq ki, “Bakcell” şirkəti ölkənin telekommunikasiya bazarında ilk dəfə olaraq ən innovativ və unikal müştəri xidməti alətini – “Mənim Bakcellim” applikasiyasını təqdim edib. “Mənim Bakcellim”dən istifadə edən abunəçilər öz nömrələrinin hesabı ilə bütün lazımi əməliyyatları həyata keçirməklə yanaşı, “Bakcell” şirkətinin təklif etdiyi bütün rouminq təklifləri barədə məlumat almaq, sərfəli paketlərindən birini seçmək və hətta istifadə olunan rouminq paketin balansını yoxlamaq imkanına malikdirlər.

Yeni rouminq paketləri vasitəsilə “Bakcell” abunəçiləri səyahət zamanı heç bir məhdudiyyət və məsafə hiss etməyəcəklər. Şirkət müasir rabitə xidmətləri istifadəçilərinin tələb və ehtiyaclarını qarşılamaq məqsədilə innovativ həllər təklif etməyə davam edəcək.

“Bakcell” müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl 4G/LTE mobil internet xidməti göstərir. Şirkətin 4G şəbəkəsi artıq bütün Bakı və Abşeron ərazisi daxil olmaqla ölkənin 40-dan çox rayon və şəhər mərkəzlərində mobil operatorun abunəçilərinə ən üstün müştəri təcrübəsi təmin edir.

7000-dən çox baza stansiyası vasitəsilə “Bakcell” şəbəkəsi əhalinin 99 faizini, ölkə ərazisinin isə 93 faizini (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. Mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan “P3 Communications” şirkəti tərəfindən “Bakcell” şirkəti Azərbaycanda sınaq nəticələrinə görə, ən yaxşı şəbəkə adına layiq görülüb (“Best In Test”). 2018-ci ildə şirkət “Azərbaycanın ən sürətli mobil şəbəkəsi” adına layiq görülüb. Bu mükafat bütün dünyada tanınmış “Ookla” şirkəti tərəfindən “Bakcell”ə Azərbaycan ərazisində ən sürətli mobil internet xidmətlərinin göstərilməsinə görə təqdim edilib.

“Bakcell” və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya ingilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə (012) 498-89-89 nömrəsinə zəng etməklə “Bakcell”in məhsul və xidmətləri haqqında məlumat əldə edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.