CƏMİYYƏT
® Bakı növbəti dəfə “Global Health Summit”ə ev sahibliyi edəcək
Oktyabrın 29-30-da “Reputation” və “Millionare Concept Network”in rəsmi tərəfdaşlığı əsasında paytaxtımızda “Four Seasons Baku” otelində ”Global Health Summit” layihəsi baş tutacaq. Sözügedən tədbir paytaxtımızda növbəti dəfə təşkil olunduğundan layihə böyük nüfuz və xüsusi rəğbət qazanıb.
Tibb və sağlıq sektorundan olan markların və şəxslərin qatılacağı gecədə, proqram çərçivəsində “Global Health Awards” mükafatları təqdim olunacaq.
Çoxdan gözlənilən gecədə ölkəmizdən və dünyadan tanınmış həkimlər və tibb nümayəndələri iştirak edəcəklər. “Four Season Baku Otel”ində gerçəkləşəcək layihədə “Global Health Awards” mükafatları öz sahiblərini tapacaq. Mükafatlandırma gecəsində Almaniya, Fransa, Belarus, Rusiya, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan, Gürcüstan, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Qətər və İranın səhiyyə sektorundan olan tanınmış simaları yer alacaq.
“Global Health Summit” təqdimatının natiqləri arasında Afrika Sağlamlıq Federasiyasının İdarə Heyətinin sədri dr. Mohamed El Sahili, türkiyəli tanınmış həkim və yazar dr. Ender Saraç, “Estetik İnternational” təsisçisi və rəhbəri Doctor B (Bülent Cihantimur), “Hospital” İdarə Heyətindən Meri İstiroti, Dr. Eyyub Çelik, Özbəkistandan “Mediva” klinikasının təsisçisi Luiza Şarahmetova, Birləşmiş Ərəb Əmirliklərindən Dr. Vera Matta, Mohammed Naji yer alacaq.
“Global Health Summit” layihəsinin əsas məqsədi yerli və xarici səhiyyə nümayəndələrinin qarşılıqlı olaraq fəaliyyətlərinin əlaqələndirilməsi, əməkdaşlığın genişləndirilməsi və göstərdikləri xidmətlərin qiymətləndirilməsidir.
Qeyd edək ki, layihə çərçivəsində “Health Exhibition” baş tutacaq. Burada sağlamlıq və tibb markaları sərgilənəcək.