İQTİSADİYYAT
® Bakı şəhərində “Azpetrol”un yeni yanacaqdoldurma məntəqəsi istismara verilib
İyulun 31-də “Azpetrol” şirkətinin Bakı şəhərinin Nizami rayonunda sayca 93-cü yanacaqdoldurma məntəqəsi (YDM) açılıb.
Yeni YDM “Azpetrol Ltd.” MMC-nin baş direktoru Ceyhun Məmmədov və şirkətin digər əməkdaşlarının iştirakı ilə istifadəyə verilib.
Şirkətin baş direktoru yeni YDM-nin açılışı münasibətilə “Azpetrol”un əməkdaşlarına və müştərilərə xeyir-dua verib. YDM-nin istifadəyə verilməsi yeni iş yerlərinin açılması deməkdir ki, bu da şirkətin fəaliyyətində önəm verdiyi prioritet məsələlərdən biridir. Onu da bildiririk ki, yeni yanacaqdoldurma məntəqəsində 48 nəfər daimi işlə təmin edilib.
Açılış mərasimindən sonra müştərilərə şirkət tərəfindən müxtəlif korporativ hədiyyələr verilib.
Gələn il həmin YDM-nin yanında tikilən “Azpetrol”un “Hotel SPA & Fitness” mərkəzi istifadəyə veriləcək.
“Azpetrol” – daim inkişafa doğru!
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]