CƏMİYYƏT


® Bakıda “Millionaire Concept” tərəfindən “She is Mercedes” layihəsi baş tutdu

“Mercedes-Benz”in qadınları ruhlandırmaq üçün hazırladığı dünyaca məşhur “She is Mercedes” layihəsinə paytaxtımız ev sahibliyi etdi. Uğurlu qadınların iştirak etdiyi tədbirdə dünyaca məşhur türkiyəli dizayner Raşit Bağzıbağlınən xüsusi dizaynlı geyimlərini sərgilənib.

“Mercedes-Benz”in dünyaca məşhur olan “She is Mercedes” layihəsi bu illər ərzində bir çox ölkədə uğurlu və ilham verən qadınların hekayələrini sosial media, jurnallar və layihələr vasitəsilə izah edir və onları daha da ruhlandırmağa davam edir. Layihə qadınları dünyaya tanıtmaqla heç nəyin qeyri-mümkün olmadığını sübut edir və digər qadınları növbəti addımı atmağa və çətinliklərdən qorxmamağa sövq edir.

Özəl axşam yeməyi olaraq təşkil olunan gecədə mədəniyyət, incəsənət, biznes, istehsalat, tibb, turizm, memarlıq, media, moda sənayesi və digər sektorlardan olan şəxslər və şirkətlər iştirak edib. Spikerlər Aytən Mirzəyeva və Noura Akreminin motivasiya xarakterli çıxışlarından sonra əslən türkiyəli olan və dünyanın ən mühüm moda tədbirlərində geyimlərini nümayiş etdirən Raşit Bağzibağlının nümayişi baş tutub.

Geniş auditoriyaya malik olan “She is Mercedes” layihəsinin əsas məqsədi uğurlu və ruhlandırıcı qadınları cəmiyyətə tanıtmaq, onların əməyini qiymətləndirərək başqalarını da ruhlandırmaq, onları uğura və bu işdə daha çox addım atmağa sövq etməkdir.

Tədbirə Ukrayna, Türkiyə, Rusiya, Özbəkistan, Qazaxıstan, Fransa, Qətər və s. digər ölkələrdən işgüzar xanımlar qatılıb. İştirakçıları arasında xanımlardan Nazənin Fara, Anna Çibişova, Saşa Rey, Luiza Şarahmetova, Nargiza Şükürova, Atefe Kərimi, Hüsniyə Məhərrəmova, Aytən Mirzoyeva, Noura Akremi, Rəna Soltanova, Fidan Mustafayeva, Nigar Rüfət, Günel Behbudova, Fəxriyyə Xələfova, Nəzrin Sadıqova, Gülşən İsmayılova, Günel Adıgözəlova, Kamilla Verdiyeva, Musayeva, Samira Efendi, Emilya Yaqubova və digəri yer alıblar.

Uğurlu layihələri ilə qonaqlarını hər zaman təəccübləndirən “Millionaire Concept Network” bu dəfə üzvlərini və xüsusi qonaqlarını ən yaxşı şəkildə həyəcanlandırmağı bacarır. Bakıda dünyanın bir çox ölkələrində baş tutan və uğurlu qadınları bir araya gətirən beynəlxalq “She is Mercedes” layihəsi keçirilib.

“Millionaire Concept Network” və Led.az tədbirinin təşkilatçılığı ilə keçirilən qlobal layihə iyunun 29-da “Baku Marriott Boulevard Hotel”də baş tutub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.