İQTİSADİYYAT


® Bakıda ən populyar miniveninin təqdimatı olub

“AvtoKapital Azərbaycan” “Mercedes-Benz” avtomobilləri üzrə “Daimler AG”nin Baş nümayəndəliyi öz müştərilərinə yeni “V-Class”ın bütün üstünlükləri ilə xoş atmosferdə tanış olmaq imkanı verib.

Gözəl yay havası, üslublu sahilyanı “Bilgah Beach Hotel” restoranı və dəbdəbəli “Mercedes-Benz” “V-Class” miniveni – bütün bunlar ötən şənbə axşamı hər kəsə müsbət emosiyalar bəxş edən amillər olub.

Çoxları hesab edir ki, həyatda uğur qazanmaq üçün başgicəlləndirən sürətlə hərəkət etmək, mümkün olmayanı da mümkün edib günün hüdudlarını 25 saata qədər genişləndirmək mütləqdir. Həyatı tam olaraq yaşayıb öz sürətini idarə edən kəs isə dəqiq bilir ki, nə zaman tam sürət yığmaq, nə zaman sürəti azaltmaq, nə zaman isə dayanıb, ətrafı seyr etmək, düşünüb düzgün qərar vermək üçün özünə vaxt ayırmaq lazımdır.

“V-Class” sizin həyat sürətinizə uyğunlaşacaq. Onunla siz öz sürət amplitudanızı yaşayacaqsınız. Məhz bu, “V-Class” ruhunda hərəkətdir.

Model yenilənmiş işıq diodlu optika, radiator və bamper üçün qəfəs alıb, “V-Class”ın kuzovunun rəng qamması və təkər disklərinin variantları genişlənib. Minivenin salonunda ön panel dəyişib, ventilyasiyanın yeni havavuranları, yeni cihaz paneli, multimedia sistemi və multifunksiyalı sükan qoyulub. Miniven üçün yetərli olan aktiv təhlükəsizlik sistemlərinin siyahısı genişlənib. Müştərilər modelin bir neçə tərtibat variantını seçə bilər (Avantgarde, Exclusive, AMG Line).

Sifariş üçün Azərbaycanda “Mercedes-Benz” rəsmi diler şəbəkəsinə müraciət etməyiniz xahiş olunur:

Autostar Kaukasus Теl: (+994 12) 496-50-50/ +99412 976

Abşeron Avtomobil Mərkəzi Теl: (+994 12) 347-78-00

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.