İQTİSADİYYAT


® “BirBank” istifadəçiləri onlayn ödənişlər zamanı hədiyyələr qazanacaqlar

“BirBank” 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə milyonlarla istifadəçiləri üçün yeni fürsətlər təqdim edir. Belə ki, tətbiq vasitəsilə onlayn ödənişlər edən istifadəçilər müxtəlif hədiyyələr və kuponlar əldə edə biləcəklər.

Şərtlərə görə, “BirBank” vasitəsilə minimum 20 manatlıq hər kommunal, stasionar telefon, internet, TV və mobil ödənişlər edənlər pulsuz danışıq dəqiqələri, mobil internet meqabaytları, bonus “ürəklər”, endirimlər, hədiyyə kuponları, yemək menyuları və digər maraqlı hədiyyələr əldə edəcəklər. Aksiya barədə ətraflı məlumat və hədiyyələrin tam siyahısı ilə saytdan tanış olmaq olar – “https://kapitalbank.az/news/birbankyeniil”.

Qeyd edək ki, ödənişlər həyata keçən kimi “BirBank” istifadəçisi hədiyyənin promo-şifrəsini dərhal “BirBank” vasitəsilə bildiriş formasında alacaq. Həmin kuponlar kampaniya bitdikdən sonra əlavə 1 ay müddətinə qüvvədə olacaq. Aksiya yanvarın 5-dək (5 yanvar daxil) davam edəcək.

Xatırladaq ki, ölkə üzrə ən məşhur olan “BirBank” tətbiqinin 1 milyondan çox istifadəçisi var. “iOS” və “Android” əməliyyat sistemlərinin istifadəçiləri 1 dəqiqə vaxt sərf edərək onlayn qeydiyyatdan keçməklə xidmətdən yararlana bilərlər. Tətbiqin bir sıra üstünlükləri var: rahat qeydiyyat, tətbiqə istənilən bankların ödəniş kartlarını əlavə etmək imkanı, əməliyyatlara və hesaba bağlı bonuslarını idarə edilməsi və sair. Ətraflı məlumat üçün “www.birbank.az” və ya 196 Məlumat mərkəzi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.