İQTİSADİYYAT


® “BirBank” istifadəçilərinin sayı yarım milyonu keçib

Onlayn əməliyyatlara və yeni texnologiyalara üstünlük verən 500 min nəfərdən çox istifadəçi "Kapital Bank"ın "BirBank" tətbiqini “App Store” və “Play Store”dan yükləyib. Hazırda "BirBank" ölkəmizdə ən çox yüklənilən və ən çox istifadə edilən mobil bank tətbiqidir. “iOS” və “Android” əməliyyat sistemləri "BirBank"ı yüklənmə sayı, istifadə dərəcəsi və istifadəçi rəyləri əsasında maliyyə sektorunun ən yaxşı tətbiqi olduğunu bildirərək müştərilərə tövsiyə edir.

Həmçinin tətbiq vasitəsilə Azərbaycanda ilk dəfə olaraq “QR Pay” ödəniş sistemində ödənişlər həyata keçirmək mümkündür. “QR Pay” vasitəsilə "BirBank" istifadəçiləri mağazalarda kart olmadan ödəniş edə bilirlər. Bunun üçün kassalarda olan xüsusi posterdəki QR şifrəni smartfonun kamerası ilə skan etmək lazımdır.

İstifadəçilər 1 dəqiqə vaxt sərf edərək, istənilən ödəniş kartı ilə onlayn qeydiyyatdan keçməklə xidmətdən yararlana bilərlər.

Tətbiqin bir sıra üstünlükləri var: rahat qeydiyyat, tətbiqə yalnız "Kapital Bank"ın ödəniş kartlarını deyil, digər bankların kartlarını da əlavə etmək imkanı, əməliyyatlara və hesaba bağlı bonuslarını idarə edilməsi və sair.

Bundan əlavə, "BirBank"ın telefon kitabçasında olan, tətbiqi yükləyən digər istifadəçiyə pul göndərmək və ya ondan pul qəbul etmək kimi funksiyaları da mövcuddur. Yeni tətbiqdə "Kapital Bank"ın yaxınlıqda olan filial və ATM-lərini tapmaq, kredit və ya zəng sifarişi və valyuta məzənnələrini izləmək mümkündür.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan "Kapital Bank" 99 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.