İQTİSADİYYAT


® “BirBank”da “Xəzri” pulköçürmələri sistemi ilə bank kartından vəsait göndərmək mümkün olub

Ölkənin ən məşhur mobil tətbiqi olan “BirBank” növbəti yeniliklə xidmət çeşidini genişləndirib. Belə ki, mobil tətbiqdə olan ödəniş kartından “Xəzri” sürətli pulköçürməsi sistemi vasitəsilə vəsait göndərmək mümkün olub.

Bu zaman tətbiqdə “Köçürmələr” menyusunda “Pulköçürmə sistemləri” bölməsindən “Xəzri” sistemi seçilir, köçürməni alan və köçürməni göndərən barədə müvafiq məlumatlar daxil edilir və vəsait köçürülür. Bir dəfə üçün minimum 1, maksimum 1 000 manat olmaqla, manat valyutasında köçürmələr etmək mümkündür. Köçürülən məbləğ üçün 0,8 faiz (minimum 1 AZN) komissiya tutulur. “Xəzri” ilə göndərilən vəsaiti “Kapital Bank” filiallarından və ya bankomatlarından almaq mümkündür.

Qeyd edək ki, “BirBank” tətbiqinin istifadəçiləri POS-terminal, internet və “BirBank” vasitəsilə ödənişlər edərək “Ürəklər” qismində olan bonuslar qazana bilərlər. Sonra həmin bonusları toplayıb, müxtəlif hədiyyələrə dəyişmək mümkündür. “BirBank” vasitəsilə “Kapital Bank”a aid olan kartlarla yanaşı, digər istənilən bankların kartları ilə də ödənişlər edib, bu proqrama qoşularaq hədiyyələr qazanmaq mümkündür. Bonusların hesablanması qaydası ilə saytdan tanış ola bilərsiniz – www.kapitalbank.az/tariffs.

Xatırladaq ki, ölkə üzrə ən məşhur olan “BirBank” tətbiqinin 2 milyondan artıq istifadəçisi var. iOS və Android əməliyyat sistemlərinin istifadəçiləri 1 dəqiqə vaxt sərf edərək, onlayn qeydiyyatdan keçməklə xidmətdən yararlana bilərlər. Tətbiqin bir sıra üstünlükləri var: rahat qeydiyyat, tətbiqə istənilən bankların ödəniş kartlarını əlavə etmək imkanı, əməliyyatlara və hesaba bağlı bonuslarını idarə edilməsi və sair. Ətraflı məlumat üçün “www.birbank.az” və ya “196” Məlumat Mərkəzinə müraciət etmək mümkündür.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.