İQTİSADİYYAT
® “BirKart” əldə etmək daha asan oldu
"BirKart" yeni “End to End” layihəsinin icrasına başlayıb. Layihə çərçivəsində müştərilər tərəfindən daxil olan "BirKart" müraciətlərinin emalı prosesi xeyli asanlaşdırılıb və tezləşdirilib. Beləliklə, "BirKart" arzusunda olan müştərilər vaxtlarına qənaət edərək kartı daha rahat və sürətli şəkildə əldə edə biləcəklər.
Artıq banka gəlmədən "BirKart"ı onlayn qaydada rəsmiləşdirmək mümkündür. Yaşı 18-dən yuxarı və rəsmi gəliri olan hər kəs “www.birkart.az” və “www.kapitalbank.az” saytları, “WhatsApp” və digər onlayn üsullar vasitəsilə "BirKart"la bağlı müraciət edə bilər. Yenilik, həmçinin nağd pul krediti məhsuluna da şamil olunur. "BirKart"ı və ya nağd pul kreditini götürmək üçün isə filialda sadəcə imza atmaq kifayətdir.
Qeyd edək ki, "BirKart"ın 3 növü var – taksit, taksit/cashback və taksit/miles. "BirKart" bir sıra üstünlüklərə malikdir: 18 ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 40 günədək güzəşt müddəti, istənilən aviabiletə dəyişilməsi mümkün olan millərin toplanması, həmçinin 1,5 faizdən 30 faizədək Cashback imkanı, SMS məlumatlandırma xidməti isə pulsuzdur.
"BirKart" haqqında ətraflı məlumat üçün “www.birkart.az” saytına, 196 Sorğu mərkəzinə və ya kartın “Facebook” səhifəsinə - “www.facebook.com/birkart.az” müraciət edə bilərsiniz. "BirKart" sifarişi üçün həmçinin 8196 qısa nömrəsinə SMS və ya (+994 51) 250 99 99 nömrəsinə “WhatsApp” vasitəsilə müraciət etmək olar.