İQTİSADİYYAT


® “BirKart” müştərisi “Honda Civic” qazandı

Xəbər verdiyimiz kimi, “Kapital Bank” “BirKart” müştəriləri üçün stimullaşdırıcı lotereya keçirirdi. 1 iyun – 1 oktyabr tarixlərində partnyor mağazalar şəbəkəsində “BirKart” ilə taksit əməliyyatı edən müştərilər lotereyada iştirak edib, qiymətli hədiyyələr qazanırdılar.

Oktyabrın 9-da “Gənclik Mall” ticarət mərkəzində canlı yayımda lotereyanın son tirajı keçirildi və növbəti 16 müştəri qiymətli hədiyyələr, sonda isə bir nəfər əsas hədiyyəni – “Honda Civic” avtomobilini qazandı. Qaliblərin siyahısı sayta əlavə olunub – “www.kapitalbank.az/lotereya”.

Lotereya zamanı qaliblə canlı telefon bağlantısı yaradıldı, reklam kampaniyasının siması olan, tədbirdə iştirak edən müğənni Rauf ona avtomobil qazandığını dedi və “Gənclik Mall”a dəvət etdi. Bakı sakini Xəyalə Allahverdiyeva ticarət mərkəzinə gəldi və canlı yayımda avtomobil ona təqdim olundu.

“İyun ayında “BirKart” taksit kartı ilə “World Telecom” mağazasında taksitlə mobil telefon aldım. Heç vaxt inanmazdım ki, avtomobil udacağam. Bu barədə mənə zəng vurub deyəndə, əvvəlcə mənə belə gəldi ki, bu bir zarafatdır. “Gənclik Mall”a gələndə oradakı izdihamı gördüm və anladım ki, həqiqətən qalibəm. “Kapital Bank”a belə gözəl fürsətə görə öz minnətdarlığımı bildirirəm və lotereyada hədiyyə qazanan digər qalibləri də ürəkdən təbrik edirəm”, - deyə Xəyalə xanım bildirdi.

Qeyd edək ki, “BirKart”ın 3 növü var – taksit, taksit/cashback və taksit/miles. “BirKart” bir sıra üstünlüklərə malikdir: 18 ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 40 günədək güzəşt müddəti, istənilən aviabiletə dəyişilməsi mümkün olan millərin toplanması, həmçinin 1,5 faizdən 30 faizədək “cashback” imkanı, SMS məlumatlandırma xidməti isə pulsuzdur.

“BirKart” haqqında ətraflı məlumat üçün “www.birkart.az” saytına, 196 Sorğu mərkəzinə və ya kartın “Facebook” səhifəsinə “www.facebook.com/birkart.az” müraciət edə bilərsiniz. “BirKart” sifarişi üçün həmçinin 8196 qısa nömrəsinə və ya (+994 51) 250 99 99 nömrəsinə “WhatsApp” vasitəsilə müraciət etmək olar. Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank” 100 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.