İQTİSADİYYAT


® “BirKart” sahibləri “PAŞA Sığorta”dan olan könüllü tibbi sığortanı taksitlə əldə edə bilərlər

Ölkənin ən məşhur taksit kartı olan “BirKart” sahibləri, “PAŞA Sığorta”dan olan fərdi müştərilər üçün nəzərdə tutulan könüllü tibbi sığorta məhsulunun dəyərini istəklərindən asılı olaraq bir neçə aya bölərək ödəyə bilərlər. Belə ki, sığorta haqqı məhsulun müddətindən çox olmamaq şərtilə 3, 6, 9 və ya 12 taksitlə ödənilə bilər.

Taksit ödənişi zamanı sığorta haqqına əlavə komissiya və ya hər hansı faiz tətbiq olunmur. Ödənişin hissələrə bölünməsi üçün müştərilər “PAŞA Sığorta”nın baş ofisi, “Port Baku Ofisi”, “Sumqayıt” və ya “Gəncə” filiallarına yaxınlaşıb, ödənişi ofislərdəki POS-terminallar vasitəsilə həyata keçirməlidirlər.

Könüllü tibbi sığorta məhsulu “Gold”, “Silver” və “Classic+” adı ilə 3 paket şəklində müştərilərə təklif olunur. Müştərilər “Gold” paketi üzrə 1050 AZN sığorta haqqı ödəməklə 20 min AZN, “Silver” paketi üzrə 840 AZN sığorta haqqına 15 min AZN, “Classic+” paketi üzrə isə 645 AZN sığorta haqqına 10 min AZN sığorta təminatı əldə edə bilərlər.

Qeyd edək ki, “BirKart”ın 4 növü var – taksit, taksit/cashback, taksit/miles və taksit/Umico. “BirKart” bir sıra üstünlüklərə malikdir: 18 ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 40 günədək güzəşt müddəti, istənilən aviabiletə dəyişilməsi mümkün olan millərin toplanması, həmçinin 1,5 faizdən başlayan keşbek və “Umico” bonusu imkanı, SMS məlumatlandırma xidməti isə pulsuzdur. “BirKart”ın ölkə üzrə 8000-dən artıq partnyor şəbəkəsi fəaliyyət göstərir və bu say artmaqdadır.

“BirKart” haqqında ətraflı məlumat üçün www.birkart.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın feysbuk səhifəsinə www.facebook.com/birkart.az müraciət edə bilərsiniz. “BirKart” sifarişi üçün həmçinin 8196 qısa nömrəsinə SMS və ya (+994 51) 250 99 99 nömrəsinə vatsap vasitəsilə, həmçinin “BirKart” mərkəzlərinə müraciət etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.