İQTİSADİYYAT
® “BirKart” sahibləri taksit əməliyyatından 20 AZN hədiyyə qazanacaqlar
Ölkənin ən məşhur taksit kartı olan “BirKart” Novruz bayramı ərəfəsində müştərilər üçün yeni güzəştli aksiya təqdim edir. Şərtlərə görə, “BirKart” ilə partnyor mağazalarında 3 dəfə 100 AZN və daha yuxarı məbləğdə taksitli alış-veriş edən müştərilər 20 AZN qazanacaqlar.
Bundan başqa, “Bakcell” abunəçilərinə kampaniya müddətində bütün 100 AZN və çox məbləğdə taksit əməliyyatlarına görə “Ulduzum”dan 15 pulsuz danışıq dəqiqəsi əldə edəcəklər. Hər bir müştəri kampaniyadan yalnız bir dəfə 20 AZN qazana bilər. Kampaniya martın 5-də başlayır və aprelin 5-dək davam edəcək. Ətraflı məlumat üçün – https://kbl.az/bksc.
Qeyd edək ki, “BirKart”ın 4 növü var – taksit, taksit/cashback, taksit/miles və taksit/Umico. “BirKart” bir sıra üstünlüklərə malikdir. 18 ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 40 günədək güzəşt müddəti, istənilən aviabiletə dəyişilməsi mümkün olan millərin toplanması, həmçinin 1,5 faizdən başlayan keşbek və “Umico” bonusu imkanı var, SMS məlumatlandırma xidməti isə pulsuzdur. “BirKart”ın ölkə üzrə 8000-dən çox partnyor şəbəkəsi fəaliyyət göstərir və bu say artmaqdadır.
“BirKart” haqqında ətraflı məlumat üçün “www.birkart.az” saytına, “196” Sorğu mərkəzinə və ya kartın “Facebook” səhifəsinə (www.facebook.com/birkart.az) müraciət edə bilərsiniz. “BirKart” sifarişi üçün, həmçinin 8196 qısa nömrəsinə SMS və ya (+994 51) 250-99-99 nömrəsinə “WhatsApp” vasitəsilə, həmçinin “BirKart” mərkəzlərinə müraciət etmək olar.