İQTİSADİYYAT
® “Birbank Cashback” kart sahibləri bonuslardan ayda 50 manat qazanırlar
Ölkənin ilk rəqəmsal bankı “Birbank” müştərilərinə bir sıra üstünlüklər verən pulsuz “Birbank Cashback” debet kartını təklif edir. “Birbank”lılar bu kart vasitəsilə etdikləri əməliyyatlara görə müxtəlif bonuslar qazanırlar. Aktiv “Birbank Cashback” debet kartı istifadəçiləri avqust ayında bonuslardan ortalama 50 manat pul qazanıblar.
Bu ay ərzində “Birbank”lılar ümumilikdə 1,5 milyon manat keşbek əldə ediblər. Bu məbləğin təxminən 70 min manatı tətbiqdaxili ödənişlərin payına düşür. Müştərilər qazandıqları keşbekin 93 faizini öz ehtiyaclarına istifadə ediblər. Xərclədikləri vəsaitin bir hissəsini geri almaqla yanaşı, “Birbank Cashback” debet kart sahibləri ƏDV-ni ikiqat qaytara bilirlər. Avqust ayında bu kartlar vasitəsilə edilən ödənişlərdən qaytarılan ƏDV-nin ümumi həcmi təqribən 112 min manat olub.
Qeyd edək ki, bütün “Birbank” kartlarının həm taksit, həm də debet növü mövcuddur. “Birbank Cashback” debet kart sahibinə ikiqat ƏDV bonusu və nağdsız ödənişlərdə 1,5 faizdən 30 faizədək keşbek, “Birbank Miles” isə istənilən aviaşirkətin aviabiletinə dəyişdirilməsi mümkün olan millər qazandırır. “Birbank Cashback” debet kartları ilə ay ərzində 5 min manatadək istənilən yerli bankomatda vəsait nağdlaşdırarkən və ölkədaxili istənilən bank kartına pul köçürərkən heç bir komissiya haqqı tutulmur. Həmçinin “Birbank Miles” və “Birbank Umico” kartları ilə ay ərzində 4 min manatadək “Kapital Bank”a məxsus bankomatlarda nağdlaşdırma və ölkədaxili istənilən bank kartına pul köçürməsi komissiyasızdır. “Birbank” taksit kartı istifadəçiləri isə 63 günədək güzəşt müddətindən faydalana bilərlər.
“Birbank” kartları bir sıra üstünlüklərə malikdir: 18 ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 63 günədək güzəşt müddəti, kartı idarə etmək üçün rahat mobil tətbiqi və pulsuz SMS məlumatlandırma xidməti. “Birbank” kartının ölkə üzrə 11 mindən artıq partnyor mağazası fəaliyyət göstərir və bu say artmaqdadır.
“Birbank” kartı haqqında ətraflı məlumat üçün https://birbank.az saytına, “196” Sorğu Mərkəzinə və ya kartın feysbuk və instaqram səhifəsinə müraciət edə bilərsiniz. “Birbank” kartını sifariş vermək üçün “Birbank” tətbiqini yükləyin, “1” yazıb 8196 qısa nömrəsinə SMS göndərin, vatsap vasitəsilə (+994 50) 999 81 96 nömrəsinə yazın və ya “Birbank” mərkəzlərinə müraciət edin.