İQTİSADİYYAT
® “Birbank” ilə 125 milyon manatdan artıq vəsait əhaliyə qaytarılıb
Cari ilin may ayında fiziki şəxs olan istehlakçıların pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınan mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilən ƏDV-nin geri qaytarılmasına başlanılıb. Qaydalara görə, qaytarılan ƏDV nağdsız ödənişlərin tərkibindəki ƏDV-nin 15 faizini, nağd ödənişlərdə isə 10 faizini təşkil edir. Layihənin əsas məqsədi həm vergilər sistemində şəffaflığın artırılması, həmçinin nağdsız ödənişlərin stimullaşdırılmasıdır.
Bu layihənin təqdim edilməsindən 2 il keçməsinə baxmayaraq artıq əhaliyə 200 milyon manat vəsait geri qaytarılıb ki, bu göstəricinin 125 milyon manatı “Birbank” istifadəçilərinin payına düşür. Bundan başqa 2 il ərzində qaytarılan çek sayı 500 milyon olub ki, bu göstəricinin də 350 milyonu “Birbank” vasitəsilə həyata keçirilib.
Məlumat üçün bildirək ki, əhaliyə təqdim edilən bu layihənin ilk maliyyə tərəfdaşı “Kapital Bank” və “Birbank” oldu. İstifadənin daha rahat olması üçün “Birbank”ın “Bonuslar” hissəsində “ƏDV geri al” bölməsi yaradıldı. Bununla da “Birbank”ın QR xidmətindən istifadə edərək, çekin üzərində olan kodu skan edib, onu daha tez və rahat şəkildə portala əlavə etmək mümkündür.
Bundan başqa virtual “pul qabı”na yerləşdirilən vəsaiti “Birbank” vasitəsilə ölkədaxili bank kartlarına köçürmək və nağdsız ödənişlər zamanı istifadə etmək mümkündür. Bu xidmətindən yararlanmaq üçün həm portal, həm də “Birbank” eyni mobil nömrə ilə qeydiyyatdan keçirilməlidir.
Qeyd edək ki, istehlakçı nəzarət-kassa aparatının çekini aldığı tarixdən 90 gün ərzində https://edvgerial.kapitalbank.az/ portalına və ya “Birbank”a müraciət etməlidir. Çekin 12 simvollu fiskal ID-sini elektron kabinet və ya “Birbank”ın QR-skan xidməti vasitəsilə sistemə daxil etməlidirlər. Həmçinin “BirKart” ƏDV kartı ilə müştərilər əməliyyat apararkən 2 qat ƏDV bonusu qazanırlar. Bunun üçün yeni kartı “Birbank”da qeydiyyat etmək və nağdsız ödənişlər həyata keçirmək kifayətdir.