CƏMİYYƏT


® Bu ilin ilk 3 ayında “Uşaq Qaynar Xətt” xidmətinə 801 müraciət daxil olub

"Azercell Telekom" MMC-nin dəstəyi ilə yaradılan və fəaliyyət göstərən "Azərbaycan Uşaq Qaynar Xətt" xidməti cari ilin yanvar, fevral və mart ayları üzrə hesabatını açıqlayıb.

Hesabata əsasən, bu ilin birinci rübündə xidmətdən 801 uşaq yararlanıb. Yanvarda "Uşaq Qaynar Xətt" xidmətinə ümümilikdə 239, fevralda 345, martda isə 217 müraciət daxil olub. Onlardan 491-i təhsil, 50-si sosial, 67-si psixoloji, 77-si hüquqi, 29-u səhiyyə, 87-si isə digər sahələrdə yaranan sualları əhatə edib. Xidmətə daxil olan zənglərin 437-si qızlar, 364-ü isə oğlanlara aiddir.

"Azərbaycan Uşaq Qaynar Xətt" xidmətinin yaradılmasında əsas məqsəd ailədə zorakılığa məruz qalan, həmyaşıdları ilə problem yaşayan, psixoloji və mənəvi yardıma ehtiyacı olan uşaqlara dəstək olmaq, onlara problemlərinin həllinin tapılmasına, sosial mühitə uyğunlaşmalarına yardım etməkdir. "Uşaq Qaynar Xətti"nin dünyanın istənilən nöqtəsində əlçatan olmasını təmin etmək üçün "Azercell" şirkətinin təşəbbüsü ilə 2017-ci ildə “IOS” və “Android” əməliyyat sistemlərini dəstəkləyən mobil tətbiqi istifadəyə verilib. 2018-ci ilin iyun ayının 13-də isə xidmətin "Göygöl" ofisi fəaliyyətə başlayıb. Mərkəz yalnız Göygöl rayonu üçün deyil, eyni zamanda, yaxın ətraf rayonlarda (Goranboy, Gəncə, Şəmkir, Qazax, Ağstafa) yaşayan uşaqlara da xidmət göstərir. "Azərbaycan Uşaq Qaynar Xətt" xidmətinin işçi heyəti uşaqlarla iş sahəsində geniş təcrübəyə malik olan psixoloqlar, hüquqşünaslar və sosial işçilərdən ibarətdir.

"Azercell Telekom" MMC-nin dəstəyi, "Ümidli Gələcək İctimai Birliyi"nin təşkilatçılığı ilə 24 saat fəaliyyət göstərən "Uşaq Qaynar Xətt" xidmətinə həm şəhərdaxili, həm də "Azercell" nömrələrindən edilən zənglər ödənişsizdir. Uşaqlara (012) 480 22 80, (050) 680 22 80, (051) 880 11 80, (051) 880 22 80 və (051) 580 22 80 nömrələri ilə günün istənilən saatında qaynar xətt xidmətinə müraciət etmək imkanı yaradılıb. "Uşaq Qaynar Xətt" xidməti haqqında ətraflı məlumatı www.usaqxetti.az internet səhifəsindən əldə edə bilərsiniz.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.